Bizi sosial şəbəkələrdən izləyin:
Əbu-Dabidə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş başlayıb.
Moderator.az xəbər verir ki, erməni mediasının məlumatına görə, bu barədə Ermənistan Respublikası Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan yazıb.
Xatırladılır ki, Nikol Paşinyan Anna Hakobyanla birlikdə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
"AZƏRTAC" da məlumatı təsdiqləyib.
Hər iki lider fevralın 4-də Əbu-Dabidə keçiriləcək 2026-cı il "Zayed Humanity Awards" mərasimində iştirak edəcək.