Bizi sosial şəbəkələrdən izləyin:
İranın Vyanadakı müvəqqəti işlər vəkili Qulamrza Derikvand istefa verib və özü və ailəsi üçün İsveçrədən sığınacaq istəyib.
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, bu haqda "İran International" nəşri özəl mənbələrə dayanaraq məlumat yayıb.
Nəşrin məlumatına görə, İran Xarici İşlər Nazirliyi diplomatın gedişi ilə bağlı şərh vermir və "kəşfiyyat orqanlarından qorxduğu üçün işi müzakirə etməkdən yayınır".
Mənbələr bildiriblər ki, Derikvand vəzifəsində qalsaydı, səfir vəzifəsinə yüksələ bilərdi. Əvvəllər, 2011-ci ildən 2014-cü ilə qədər o, Çexiyadakı İran səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.
Xatırladılır ki, yanvarın ortalarında Iran International daha bir yüksək vəzifəli İran diplomatının da gedişi barədə məlumat verib. Cenevrədəki BMT-dəki İranın Daimi Nümayəndəliyində çalışan Əlirza Ceyrani Hokmabad istefa verib və İsveçrədən sığınacaq istəyib.