Xocalı canisi seçkilərdə iştirak barədə qərar verə bilmir:
Ekskluziv
187
16:56, Bu gün

Xocalı canisi seçkilərdə iştirak barədə qərar verə bilmir:"Müxalifəti birləşdirmək çox çətindir..."

"Seçkilərdə iştirakla bağlı qərar verməmişik, amma qərar versək, deyəcəyik." 
 
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, Ermənistan terrorçu eks-prezidenti Xocalı canisi Serj Sərkisyan bu gün, 3 fevralda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətində jurnalistlərlə söhbətində belə deyib.
 
Vahid müxalifət cəbhəsi ilə seçkilərə getmək barədə danışarkən bildirib:
 
"Hadisələr göstərir ki, müxalifəti birləşdirmək çox çətin bir işdir. Söhbət tək siyahı ilə getməkdən getmir. Düşünürəm ki, siz də belə düşünürsünüz. Baxaq".
 
Serj Sərkisyan əlavə edib ki, onlar hədəflərinin yalnız hökumət və Nikol Paşinyan olduğu prinsipini qəbul ediblər: "Biz belə davranırıq və belə də davam edəcəyik".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər