Ekskluziv
297
09:54, Bu gün

"Soyqırım törədən Netanyahu hökumətinin maliyyələşdirilməsi dayandırılmalıdır!.." - ABŞ  senatorundan sərt çağırış 

ABŞ-ın Demokrat Partiyasından olan senator Berni Sanders İsrailin maliyyələşdirməsinin dayandırılmasını tələb edib.
 
Moderator.az  yəhudi mediasına istinadla xəbər verir ki, demokrat senator müvafiq bəyanatı  "X" sosial media platformasında yayımlayıb.
 
"Birləşmiş Ştatlar vergi ödəyicilərinin pullarını soyqırım törədən Netanyahu hökumətini maliyyələşdirmək üçün xərcləməyi dayandırmalıdır", - deyə o, bildirib.
 
Sandersin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İsraili silahlandırmaq üçün təxminən 7 milyard dollar ayırmaqda israr edir.
 
O, əlavə edib ki, "Bizə müharibə cinayətkarları üçün silah yox, bütün amerikalılar üçün tibbi sığorta lazımdır".
 
Xatırladaq ki, B. Sanders əvvəlki illərdə də oxşar çağırışlar etmiş, eyni zamanda Fələstin xalqını müdafiə edərək Netanyahu hökumətini Qəzzada soyqırım törətməkdə suçlamışdır...
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər