İran uranın zənginləşdirilməsi səviyyəsini 3 dəfə endirməyə hazırdır...-Xameneinin müşaviri
Ekskluziv
148
09:01, Bu gün

İran uranın zənginləşdirilməsi səviyyəsini 3 dəfə endirməyə hazırdır...-Xameneinin müşaviri

İranın Ali Liderinin müşaviri admiral Əli Şəmxani ərəbdilli "Əl-Məyadin" telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ güzəştə gedərsə, İran uranın zənginləşdirilməsi səviyyəsini 20%-ə endirməyə hazırdır.
 
Moderator.az  xəbər verir ki, bu haqda "TASS" da məlumat yayıb.
Şəmxani qeyd etdi ki, Vaşinqtonu narahat edərsə, 60% zənginləşdirmə səviyyəsi 20%-ə endirilə bilər. Lakin bu halda amerikalılar bunun üçün pul ödəməli olacaqlar.
 
Şamxaninin sözlərinə görə, İslam Respublikasının nüvə proqramı dinc xarakter daşıyır və uranın 60%-ə qədər zənginləşdirilməsi yalnız, birincisi, İranın düşmənlərinin sui-qəsdinə qarşı çıxmaq, ikincisi isə danışıqlara və dialoqa hazırlıq üçün lazımdır.
 
Xatırladılır ki, fevralın 1-də İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqtonun yaxın gələcəkdə ədalətli nüvə razılaşmasına nail ola biləcəklərini açıqlayıb.
 
Elə həmin gün politoloq Ruhollah Modabber İranın zənginləşdirilmiş uran ehtiyatının hamısını Rusiyaya təhvil verməklə ABŞ-ı mümkün hərbi təcavüz üçün ən vacib bəhanəsindən məhrum edə biləcəyi fikrini ifadə edib.
 
Bir müddət əvvəl Qərb kəşfiyyat orqanlarının İranın nüvə silahı hazırladığına dair heç bir dəlil tapmadığı bildirilib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər