“Hindistan Ermənistana mümkün qədər çox silah satmağa çalışır”
Ekskluziv
202
16:29, Bu gün

“Hindistan Ermənistana mümkün qədər çox silah satmağa çalışır”

Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, general Anil Çauhanın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib, müxtəlif görüşlər keçirib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama politoloq Elçin Xalidbəyli, Hindistan-Ermənistan hərbi əməkdaşlığının Cənubi Qafqazdakı sülh prosesinə mənfi təsir göstərdiyini bildirib:

"Hindistanın Ermənistanla bu qədər yaxın hərbi tərəfdaşlıq etməsi sülh adına yaxşı bir iş deyil. Hindistan Ermənistanı silahlandrmaqla Cənubi  Qafqazda hərbi-siyasi gərginliyin artmasına səbəb olur. Ümumilikdə isə, Hindistanın Ermənistanı silahlandırması Cənubi Qafqazda geopolitik və geostrateji situasiyanı dəyişə biməz.

Hindistan silahları müasir standartlara əsla cavab vermir. Bunların bir çoxunun qüsurlu olması da məlumdur.  44 günlük savaş zamanı Ermənistanın Hindistandan aldığı raket sistemləri qüsurlu çıxdı. Sonradan Ermənistan bu silahları Hindistana qaytarmaq istəsə də, Hindistan dəyəri ödənmiş bu silahları geri almaqdan imtina etmişdir.

Hindistan silahlarının qüsurlu olduğu və bu silahların dünya bazarında alıcısının olmadığı kimsəyə sirr deyil. Hindistan üçün Ermənistan yeganə alıcıdır. Ona görə də Hindistan Ermənistana həm alıcı, həm də öz silahlarının piar məkanı kimi yanaşır. Ermənistanı əlindən buraxmaq istəmir. Çalışır ki, Ermnistana mümkün qədər çox silah satsın. Lakin Hindistan-Ermənistan əməkdaşlığından tərəflərin əldə edə biləcəyi fayda çox azdır. Çünki Cənubi Qafqaz bu mərhələləri çoxdan geridə qoyub və regionda tamam başqa situasiya, tamam başqa tendensiya mövcuddur”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər