Paşinyan İrəvanda
Ekskluziv
478
15:45, Bu gün

Paşinyan İrəvanda "LGBT" paradının keçirilməsinə icazə verməyib...-RƏSMİ

Mediada və sosial şəbəkələrdə Ermənistanın Baş naziri Nikol Paşinyanın guya aprelin 7-də İrəvanda "LGBT" paradının keçirilməsini təsdiqlədiyi barədə iddialar yayılıb. Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, bu mesajlar həqiqətə uyğun deyil.
 
Moderator.az xəbər verir ki, bu haqda "Aysor" nəşri məlumat yayıb.
 
"Yayılan məlumatlar xarici informasiya manipulyasiya müdaxiləsi (XİM) əlamətləri daşıyır və hibrid təsir kampaniyalarının bir hissəsidir. Nəşrin müəllifi Okay Demprey əvvəllər də Ermənistan Respublikasının dövlət qurumları haqqında etibarsız və manipulyativ məlumatlar yayıb ki, bu da həm Ermənistan, həm də beynəlxalq ekspert icmaları tərəfindən qeyd edilib."
 
Bu cür nəşrlərin məqsədi cəmiyyətin qütbləşməsinə səbəb olmaq və seçki prosesləri ərəfəsində dövlət qurumlarına etimadı sarsıtmaqdır", - deyə o qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər