Ekskluziv
291
15:44, Bu gün

"Hər bir gürcü bu gün seçim qarşısındadır" - Saakaşvili

"Mən Ukraynadakı rahat həyatımı kənara qoyaraq mübarizəni seçdim" 
 
"Rahat həyatdan imtina və sona qədər mübarizə çağırışı..."
 
Bu gün hər bir normal gürcü ciddi bir dilemma qarşısındadır və vətənimiz üçün taleyüklü dönəmdə öz movqeyini müəyyən etməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili "gordonua.com" nəşrində yazıb.
 
Müəllif yazır:
 
"Hər bir normal gürcü ya xilas yolunu seçməlidir, yəni daxili mühacirətə çəkilib, ətrafda baş verənləri görməməzlikdən gəlməli, oyun qaydalarının durmadan pisləşməsi ilə barışmalı və burada yaşamağa davam etməlidir.
 
Ya xarici mühacirət yolunu tutmalı, həyatında və övladlarının taleyində gürcü səhifəsini çevirməlidir. Ya da qərara gəlməlidir ki, özünü qurban verməyə, rejimə qarşı sona qədər mübarizə aparmağa hazırdır. Mən üçüncü yolu seçdim. Bunu Ukraynadakı son dərəcə rahat və sevdiyim həyatımı kənara qoyaraq etdim.
 
Şəxsi fədakarlıq və "Mişa şkalası"
 
Bu gün hər zamankından daha çox inanıram ki, həm insanı, həm də ölkəni xilas edən məhz hər bir fərdin və hər bir ölkənin şəxsi fədakarlığıdır. Bizi bu rejimdən yalnız mübarizə xilas edə bilər - bütün mümkün vasitələrlə aparılan mübarizə və şəxsi özünü fəda etmə ilə. 
 
Gürcüstana qəhrəmanlar təkcə kitablarda yox, real həyatda lazımdır. İndi sübut etməyin zamanıdır ki, oxuduğumuz tarix uydurma deyil və biz doğrudan da mövcud olmağa layiqik. Şəxsi cəsarət və fədakarlığın nə demək olduğunu izah etmək üçün sizə "Mişadan şkala"nı təqdim edirəm.
 
Birinci addım - mövqeyinizi açıq şəkildə ifadə etməkdən qorxmayın, paylaşımlar edin, bəyənmələr verin. Qohumların, iş yoldaşlarının baxışlarından və ya qınağından çəkinməyin. 
 
İkinci addım - işinizi və gəlirinizi itirmək riski olsa belə, etiraz aksiyalarında iştirak etməkdən qorxmayın.
 
Üçüncü addım - həbslərdən, reydlərdən və ya fiziki hücumlardan qorxmayın.
 
Dördüncü addım - vətəniniz və övladlarınız naminə həyatınızı və sağlamlığınızı riskə atmaqdan çəkinməyin. Bu, özünü qurban vermənin ən ali formasıdır.
 
Mən bu dörd mərhələnin hamısından keçmişəm və sizi də eyni yolu getməyə çağırıram. Əks halda biz ölkəmizi və gələcəyimizi itirəcəyik".
 
Qısa arayış:
 
Mixail Saakaşvili gürcü və ukraynalı siyasətçidir. 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2015-2016-cı illərdə Odessa vilayət dövlət administrasiyasının rəhbəri vəzifəsini icra edib. 2020-ci ildən etibarən Ukraynanın İslahatlar üzrə İcraiyyə Komitəsinə rəhbərlik edib. 2021-ci ildə vətənə dönüb və dərhal siyasi mötivlərlə həbs edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər