Bizi sosial şəbəkələrdən izləyin:
Kiyev müharibənin tez bir zamanda bitməsini gözləmir və yüzlərlə kilometr uzanan istehkam xətti inşa edir.
Ukrayna hakimiyyəti Rusiya ilə hazırkı danışıqların və ABŞ-ın sülh səylərinin sülh gətirəcəyini gözləmir və daha bir neçə il davam edəcək müharibəyə hazırlıq məqsədilə çoxqatlı müdafiə xətləri qurur.
Moderator.az "Korrespondnet" nəşrinə istinadla xəbər verir ki, bu barədə müxbiri Ukraynanın şərqində səfərdə olan Fransanın "Le Monde" qəzetinin geniş materialında deyilir.
Məqalənin müəllifi Ukrayna mühəndislik bölmələrinin Dnepropetrovsk bölgəsində cəbhə boyunca yüzlərlə kilometr uzanan, lakin Rusiyanın irəli mövqelərindən 35 kilometr aralıda geniş istehkam və maneə xətti qurduğunu təsvir edir.
Nəşr layihənin nəhəng miqyasının Ukrayna Baş Qərargahının Moskvanın tezliklə təcavüzünü dayandırmaq niyyətində olmadığına dair inamını əks etdirdiyini vurğulayır.
Məqalənin müəllifləri qeyd edirlər ki, Rusiyanın irəliləməsi tarixdə ən yavaş tempində baş versə də və təcavüzkara böyük itkilər hesabına başa gəlsə də, Ukrayna hələ də onu dayandıra bilmir.
Ukrayna ordusu cəbhədəki boşluqları bağlamaq üçün piyada çatışmazlığı ilə üzləşir və müdafiəçilərin möhkəmləndirilmiş mövqelərini "KAB"-larla məhv edən Rusiya hücum təyyarələrindən qorunmaq üçün uzun mənzilli hava hücumundan müdafiə sistemləri yoxdur.
Bu geniş maneələrin arxasında müdafiə sisteminin ikinci elementi dayanır: kamuflyajlı və möhkəmləndirilmiş piyada mövqeləri. Müharibənin ilkin dövrü ilə müqayisədə əsas yenilik odur ki, bütün səngərlər dronlardan və bombalardan qorunmaq üçün indi qalın torpaq təbəqəsi ilə örtülməlidir. Bu səngərlər dəmir-beton divarlarla möhkəmləndirilmiş yeraltı yaşayış məntəqələrinə birləşdirilib.
Sonda "Korrespondent" nəşri qeyd edir ki, bir müddət əvvəl ABŞ diplomatı Metyu Brayza Ağ Evdən guya Vladimir Putinin danışıqlarda əvvəlki maksimalist tələblər strategiyasından uzaqlaşaraq daha konstruktiv yanaşma nümayiş etdirdiyinə dair siqnalların gəlməyə başladığını bildirmişdi.
S.Laçın