İranda baş verən partlayışlardan biri haqda rəsmi açıqlama yayıldı...-
Ekskluziv
793
21:21, Bu gün

İranda baş verən partlayışlardan biri haqda rəsmi açıqlama yayıldı...-"TASNİM"

İranın Bəndər Abbas şəhərinin yanğınsöndürmə rəisi 31 yanvarda binanı silkələyən partlayışın rəsmi səbəbini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat verib.
 
Üç mərtəbəni dağıdan partlayışa qaz sızmasının səbəb olduğu güman edilir.
 
"Bu gün saat 13:58-də Bəndər Abbas Yanğından Mühafizə İdarəsinə partlayış barədə məlumat daxil olub. Yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə göndərilib. Hadisədə yaralananların hamısı binadan təxliyə edilib. Partlayışın ilkin səbəbi qaz sızması olduğu aşkar edilib", - deyə o bildirib.
 
Son məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb. Qurban 4 yaşlı qız olub. Daha 14 nəfər yaralanıb. Bəndər Abbasda partlayış yerində axtarış-xilasetmə əməliyyatı başa çatdıqdan sonra dağıntıların zərər vurduğu xiyabanı və ərazini təmizləmək işlərinə başlanılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər