İrandakı yeni ardıcıl partlayışların yerindən görüntülər yayıldı...-VİDEO
Ekskluziv
1072
17:25, Bu gün

İrandakı yeni ardıcıl partlayışların yerindən görüntülər yayıldı...-VİDEO

İranın Fars körfəzi sahilindəki Bəndər Abbas şəhərində baş verən partlayış yerindən  internetdə video görüntülər yayımlanıb.
 
Moderator.az-ın yəhudi mediasına istinadla verdiyi xəbərdə deyilıi ki, Bəndər Abbasdakı hadisədən sonra Əhvazda yaşayış binasında dörd nəfərin ölümü ilə nəticələnən partlayış baş verib. Daha sonra Parand şəhərində üçüncü partlayış baş verdiyi barədə məlumatlar yayılıb.
Görüntülərdə binanın fasadının dağılması və ətrafa səpələnmiş dağıntılar görünür.
 
"Fars" xəbər agentliyinin məlumatına görə, partlayış səkkizmərtəbəli binanı silkələyib və birinci mərtəbədən üçüncü mərtəbəyə qədər ciddi ziyan vurub. 10-dan çox avtomobilə də ziyan dəyib. Hakimiyyət orqanları, xilasedicilər və yanğınsöndürənlər hadisə yerindədir.
 
Bundan əlavə, İrandakı müxalifət mənbələri Təbriz şəhərində partlayışlar və Tehranın bir rayonunda yanğın baş verdiyini bildiriblər.
 
Bundan əvvəl İranın "Mehr" xəbər agentliyi Əhvaz şəhərində yaşayış kompleksində partlayış baş verdiyini bildirib. Təsdiqlənməmiş məlumatlara görə, dörd nəfər həlak olub.
 
İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandiri Əlirza Təngsirinin öldürüldüyü barədə də məlumatlar var idi, lakin İİKK -"SEPAH" bu məlumatı qəti şəkildə təkzib edib.

 

 
 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər