“İrana hərbi müdaxilə regionda və dünyada ciddi dəyişikliklərə səbəb ola bilər”
Ekskluziv
1246
17:29, Bu gün

“İrana hərbi müdaxilə regionda və dünyada ciddi dəyişikliklərə səbəb ola bilər”

“İrana hərbi müdaxilə regionda və dünyada ciddi dəyişikliklərə səbəb ola bilər”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Polkovnik qeyd edib ki, ABŞ-ın İrana hərbi müdaxiləsi istənilən baxımdan arzuedilməzdir:

“Təbii ki, Azərbaycan qonşuluğunda belə bir müharibənin olmasını istəmir. Hər şeydən öncə ona görə ki, İranda bizim milyonlarla soydaşımız yaşayır. Müharibə olarsa, bu, onlar üçün də ağır nəticələrə səbəb olar. Bu, baxımdan İrana hərbi müdaxilə arzuedilməzdir.  

Bununla yanaşı, qeyd etmək lazımdır ki, müharibə olarsa, İranın da ABŞ-ın Yaxın Şərqdəki maraqlarına ciddi zərbə vurması mümkündür. Bu isə o deməkdir ki, İrana hərbi müdaxilə ABŞ üçün də ciddi fəsadlara səbəb ola bilər.

Təbii ki, ən yaxşı yol, gərginliyin sülh yolu ilə həllidir”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər