Kiyev səmasında  növbəti gözqamaşdırıcı parıltı göründü: bu nədir?..-FOTO
Ekskluziv
491
08:08, Bu gün

Kiyev səmasında  növbəti gözqamaşdırıcı parıltı göründü: bu nədir?..-FOTO

30 yanvar axşamı sakinlər Kiyev bölgəsi üzərindəki səmada nadir bir təbii hadisəni - Ay halosunu müşahidə ediblər.
 
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verib.
"Kiyev üzərində Ay halosu görünə bilər", - deyə Kiyev bölgəsinin yerli telegram-kanallarında yerləşdirilən fotoların altındakı şərhdə bildirilir.
 
Ay halosu Ayın ətrafında böyük, parlaq bir halqa kimi görünür. Bu, yuxarı atmosferdəki buz kristallarında işığın sınması nəticəsində yaranır.
 
Mütəxəssislər izah edirlər ki, bu fenomenin baş verməsi üçün parlaq bir Ay və nazik buz hissəcikləri buludları birləşməlidir. Məhz bu şəraitdə işıq xarakterik işıq dairəsini əmələ gətirir.
 
Əlverişli hava şəraitində Ukraynada ildə təxminən 10-20 dəfə parlaq bir Ay halosu görünə bilər.
 
Xatırladılıb ki, 20 yanvarda Ukrayna üzərindəki səmada parlaq bir qütb parıltısı müşahidə edildi.
 
Moderator.az onu da xatırladır ki, 2023-cü il aprelin 19-da da Kiyev vilayəti üzərindəki səmada göz qamaşdıran parıltı qeydə alınmışdı.  Mütəxəssislər həmin  hadisəni kosmik cismin atmosferin sıx təbəqələrinə daxil olması ilə əlaqələndirmişdi...
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər