“ “SEPAH” bazalarının və iqtisadi infrastrukturun dəqiq zərbələrlə dağıdılması çox real görsənir...”
Ekskluziv
213
20:20, Bu gün

“ “SEPAH” bazalarının və iqtisadi infrastrukturun dəqiq zərbələrlə dağıdılması çox real görsənir...”

“Ancaq hiss olunur ki, artıq İran rəhbərliyi məcburiyyət qarşısındadır. Yəni onların de-fakto o imkanları yoxdur ki, dediyim və digər gözlənilən zərbələrin qarşısını ala bilsin...”
 
“İran ətrafında yaranmış mənzərə aydindir. Və burada rəsmi Tehran qarşısında qoyulmuş bir sıra şərtlər var. Onların arasında əsas nüvə proqramıdır və ballistik raket istehsalı proqramıdır. Bir də açıq səslənməyən, amma təbii mövcud olan bir şərt də odur ki, İranın siyasi dövlət strukturu dəyişməlidir. Yəni bilirsiz ki, onlarda həm dini strukturlar var, hansılar ki de-fakto dövləti idarə edirlər, həm də dünyəvi sayıla biləcək dövlət strukturları var. Bu teokratik strukturun dəyişməsi hesab edirəm ki, əsas şərtlərdən biridir. Çünki eyni zamanda həm Qərb bunu tələb edir, həm də daxildə siyasi qüvvələr və ümumiyyətlə az əvvəl etiraz nümayişləri keçirən xalq da tələb edir.”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında  keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov İran ətrafında baş verənləri şərh edərkən ifadə edib.
 
Diplomat hesab edir ki, həm dini lider, həm də ona məxsus  yalnız , təhlükəsizlik xidməti, hərbi güc yox, həm iqtisadi strukturlara malik geniş bir şəbəkəli bir  qurum olan “SEPAH”  hakimiyyəti vermək istəmirlər: 
 
“Onlar ya vaxt uzatmaq, ya nəsə də tələblərin dəyişməsinə nail olmaq fikirləri var. Amma təhlükəni də yaxşı başa düşürlər. Çünki hər halda hərbi mütəxəssislər, ekspertlər də deyir ki, İranın ixracı əsasən Fars körfəzində bir neçə limandan asılıdır. Və onları dəqiq zərbələrlə dağıdıb ölkənin ixracını dayandırmaq, ABŞ, yaxud İsrail üçün belə deyək, böyük problem deyil. Bu, baş versə, bəllidir ki, İranda  davam edən daxili iqtisadi-sosial gərqinlik daha da artacaq. Çünki ölkənin idxal və ixracının 85 %-i məhz bu limanlardan keçir.  Xalq etirazlarının əsas səbəblərindən biri də məhz xaricdən idxal olunan əsas tələbat mallarıyla bağlıdır. İkinci məsələ isə əsasən benzin çatışmazlığıyla bağlıdır. İranda hazırda istehsal gücü qalan cəmi bir neçə zavod var ki,  onları raket zərbələr ilə sıradan çıxarsalar, bu da öz növbəsində sosial  gərqinliyi dərhal artıracaqdır.” 
 
Həmsöhbətimizin sözlərinə görə, İranda daha da ağırlaşan iqtisadi-sosial durum təbii ki, ölkədən  qaçqın dalğasını da gücləndirəcək: 
 
“Məsələn,  belə bir proqnozlar var ki, təkcə Türkiyəyə 8-10 milyona yaxın qaçqın axını ola bilər. Digər tərəfdən də, dediyim kimi, İran neftinin Fars körfəzi vasitəsilə ixracına da problem yarana bilər. Özü də bu körfəzdən həm Avropaya, həm digər bazarlara yalnız İran nefti yox, İraq və digər ərəb ölkələrinin də ixracı həyata keçirilir. Bu da dünya iqtisadiyyatı üçün problem yaranacaq. Yəni əgər İrana qarşı yeni geniş hərbi əməliyyatlar başlasa, yalnız İran yox, çox tərəflər, ölkələr zərər çəkə bilər...” 
 
“Vəziyyət təxminən belədir. Ancaq hiss olunur ki, artıq İran rəhbərliyi məcburiyyət qarşısındadır. Yəni onların de-fakto o imkanları yoxdur ki, dediyim və digər gözlənilən zərbələrin qarşısını ala bilsin. Bilirsiz heç kəs gözləmir ki, İrana qarşı genişmiqyaslı quru əməliyyatı baş verəcək. Hesab edirəm ki, belə planlar yoxdur. Amma “SEPAH”-ın bazalarının, qeyd etdiyim iqtisadi infrastrukturun dəqiq zərbələrlə dağıdılması çox real görsənir və əlavə qüvvələr tələb eləmir. İranın cavab addımları isə Hörmüz boğazının bağlanması və Ərəb ölkələrinin neft-qaz infrastrukturuna zərbələr ola bilər. İsrailə zərbələr bir o qədər də effektiv deyil”, - deyə sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər