Ekskluziv
555
12:12, Bu gün

"Tramp Ukrayna üçün "enerji fasiləsi" elan edir, Moskva isə təsdiq vermir" - CNN

 
"Elan edilən "enerji fasiləsi" hələ rəsmiləşməyib və Kiyev Moskvanın real addımlarını gözləyir..."
 
ABŞ prezidenti Donald Tramp Ukraynada müvəqqəti "enerji fasiləsi" barədə açıqlama versə də, Rusiya bu bəyanatı indiyədək rəsmi şəkildə təsdiqləməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı bildirib ki, o, Vladimir Putindən şəxsən xahiş edib ki, qış şaxtaları fonunda Rusiyanın bir həftə ərzində Kiyev də daxil olmaqla iri Ukrayna şəhərlərinə zərbələri dayandırsın. ABŞ prezidenti Putinin bu xahişlə razılaşdığını iddia etsə də, danışıqların vaxtı və formatı barədə açıqlama verməyib.
Əbu-Dabi danışıqları və Kremlin susqunluğu
 
Məlumata görə, ötən həftə Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli görüşlərdə enerji infrastrukturu və böyük şəhərlərə hücumların müvəqqəti dayandırılması ideyası müzakirə olunub. 
 
CNN-in istinad etdiyi mənbə bildirir ki, təşəbbüs amerikalı rəsmilər tərəfindən irəli sürülüb, lakin Moskvanın buna razılıq verib-vermədiyi həmin anda aydın olmayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə mümkün "enerji atəşkəsi" ilə bağlı suala cavab olaraq, mövzunu şərh edə bilməyəcəyini deyib.
 
Zelenski razılaşmaların icrasını gözləyir, Kiyevdə isə şübhələr qalır
 
Ukrayna prezidenti Vladimir Zelenski Trampın açıqlamasına reaksiya verərək bildirib ki, Kiyev Əbu-Dabidə müzakirə olunan razılaşmaların real icrasını gözləyir. O, Trampın bəyanatını qış dövründə Ukrayna şəhərlərinin təhlükəsizliyini təmin etmək imkanı kimi qiymətləndirib, vurğulayıb ki, "energetika həyatın əsasını təşkil edir" və ABŞ-a təşəkkür edib. 
 
Bununla belə, "Financial Times" jurnalisti Kristofer Miller yazır ki, ukraynalı rəsmilər Rusiya ilə atəşkəs barədə məlumatı birbaşa Moskvadan deyil, Trampın açıqlamalarından öyrəniblər və Kiyevdə bu "enerji fasiləsinin" həqiqətən qüvvəyə minib-minmədiyinə dair ciddi şübhələr var.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər