“Avropa Sülh Fondunun Ermənistanı silahlandırması Cənubi Qafqazdakı sülh prosesinə zərbədir”
Ekskluziv
441
17:47, Bu gün

“Avropa Sülh Fondunun Ermənistanı silahlandırması Cənubi Qafqazdakı sülh prosesinə zərbədir”

“Avropa Sülh Fondunun Ermənistanı silahlandırması Cənubi Qafqazdakı sülh prosesinə zərbədir”.

Bunu Moderator.az-a açıqlamasında milllət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, bu kimi adddımlar həm Azərbaycanın, həm də beynəlxalq güclərin Cənubi Qafqazla bağlı siyasətinə ziddir:

“Şübhəsiz ki, Sülh Fondu tərəfindən Ermənistanın silahlandırılması, hərbi məqsədlər üçün rəsmi İrəvana 20 milyon avro məbləğində vəsaitin ayrılması xoş niyyətdən irəli gəlmir və regionda vəziyyəti mürəkkəbləşdirməyə xidmət edir. Avropa İttifaqının bu addımı Azərbaycanla Ermənistan arasında güclənməkdə olan sülh prosesinə mənfi təsir göstərir, regionda yeni hərbi qarşıdurma riskini artırır. Buna görə də Avropa İttifaqı Cənubi Qafqazın silahlandırılmasından imtina etməli, məkirli addımlardan çəkinməlidir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin uzunmüddətli və gərgin əməyi sayəsində Cənubi Qafqazda sülh formalaşıb, gərginlik və qarşıdurmalara son qoyulub. Ötən ilin 8 avqust tarixində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Prezident Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması bu istiqamətdə atılan addımların ciddi nəticə verdiyini, böyük sülh üçün etibarlı təməl formalaşdırdığını göstərdi.

Belə bir məqamda Avropa Sülh Fondunun Ermənistanı silahlandırması Prezident İlham Əliyevlə yanaşı, ABŞ lideri Donald Trampın da Cənubi Qafqazla bağlı siyasətinə zidd getmək deməkdir.

Ümid edirəm ki, Avropa Sülh Fondu öz siyasətinə yenidən baxacaq, daşıdığı ada – “sülh” sözünə layiq şəkildə addımlar atacaq, sülh adı altında silahlandırma siyasətindən imtina edəcək. Çünki bu cür siyasət xalqlar və dövlətlər arasında gərginliyi artırmaqla yanaşı, bu qurumun özünü də hörmətdən salmaqda, ona olan inam və etimadı sarsıtmaqdadır. Bu isə o deməkdir ki, Avropa Sülh Fondu öz fəaliyyətində ciddi redaktələr eləməzsə, sülhə deyil, müharibəyə xidmət edən qurum kimi tanınacaq”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər