“Parlament seçkilərində Robert Köçəryana da, onun oğluna da erməni xalqının özü yerlərini göstərəcək...”
Ekskluziv
333
10:50, Bu gün

“Parlament seçkilərində Robert Köçəryana da, onun oğluna da erməni xalqının özü yerlərini göstərəcək...”

“Kremlin, konkret olaraq Putinin dəstəyinə ümid edərək siyasi meydana qayıtmağa təşəbbüs göstərən eks-prezidentlər, o cümlədən Xoçalı qatili Robert Köçəryan Ermənistan cəmiyyətində rüşvətxor, korrupsioner və “KQB”-nin, Rusiyanın agenti kimi qəbul edilir...”
 
Xocalı hərbi canisi, Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın oğlu, “Hayastan” blokundan olan deputat Levon Köçəryan bu günlərdə seçiciləri ilə keçirdiyi bir görüşdə çərənləyib ki, “artsax xalqının geri qayıtmaq hüququ uğrunda mübarizə aparmaq realdır”.
 
Görəsən, o bu fikirləri deməkdə yalnız Rusiyaya, atasının dostu sayılan Vladimir Putinə güvənir, yoxsa başqa güc mərkəzlərinə də güvənir?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov bunları dilə gətirib:
 
“Ermənistanda  rusiyapərəst, revanşist qüvvələrin və onların dəstəkçilərinin cəhdlərinə baxmayaraq, “artsax” səhifəsi Azərbaycan tərəfindən birdəfəlik və həmişəlik qapadılıb. 2020-ci il 44 günlük müharibə və 2023-cü ildəki bir günlük anti-terror əməliyyatı ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalına da, xəstə iddialarına da son qoyuldu...
 
“Artsax xalqı” deyilən bir anlayış da yoxdur. Bunlar iki əsr əvvəl Rusiyanın bilavastə Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsinə köçürdüyü  bir ovuc ermənidir. İşğal dönəmində də Ermənistandan, Suriyadan və digər xarici dövlətlərdən qanunsuz şəkildə məskunlaşdıranlar var idi ki, könüllü şəkildə də yaşadıqları yerləri unitazlarını da qoltuqlarına vurub tərk edib getdilər... 
 
Bir zamanlar terror yuvasına çevirdikləri Xankəndində Azərbaycana qarşı təhdidlər və küfrlər yağıran quldurların və canilərin bir qismi hazırda Hərbi Tribunalın qarşısında törətdikləri saysız-hesabsız cinayətlərə görə mühakimə olunurlar. Şübhə etmirəm ki, Robert Köcaryan da gec-tez müttəhimlər kabinəsində oturdulacaq. Ona da, oğlu Levon Köçəryana da erməni xalqının özü qarşıdan gələn parlament seçkilərində öz yerlərini göstərəcək... 
 
Hətta Moskvanın özü də Azərbaycanın müharibədən sonra yaratdığı reallıqlarla barışmaq məcburiyyətindədir. Kremlin, konkret olaraq Putinin dəstəyinə ümid edərək siyasi meydana qayıtmağa təşəbbüs göstərən eks-prezidentlər, o cümlədən Xoçalı qatili Robert Köçəryan Ermənistan cəmiyyətində rüşvətxor, korrupsioner və “KQB”-nin, Rusiyanın agenti kimi qəbul edilir... 
 
Bu gün Ermənistanın gündəliyindəki əsas məsələlər Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Düşünmürəm ki, “Hayastan” bloku, Köçəryanlar, yaxud hansısa xarici güc regionda yenidən qarşıdurmaya və gərginliyə müvəffəq ola bilsinlər.  Bu gün Cənubi Qafqazda inteqrasiya və əməkdaşlıq prosesi uğurla gedir və bunun da lokomotivi, təminatçısı Azərbaycandır...”
 
Link kopyalandı!
Son xəbərlər