Ermənistanın Sülh Fondu tərəfindən silahlandırılması sülh məfhumunu ələ salmaqdır
Ekskluziv
666
20:27, Bu gün

Ermənistanın Sülh Fondu tərəfindən silahlandırılması sülh məfhumunu ələ salmaqdır

Xəbər verdiyimiz kimi, Avropa İttifaqına üzv 27 dövlət Ermənistana Avropa Sülh Fondundan 20 milyon avro həcmində hərbi yardım ayrılmasını təsdiqləyib. Bununla da Sülh Fondu tarixində ikinci dəfə Ermənistana hərbi yardım göstərib.

Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması, ilkin iqtisadi münasibətlər sisteminin formalaşmağa başlaması, tərəflərin uzunmüddətli və etibarlı sülh üçün öz səylərini birləşdirdiyi bir zamanda Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro məbləğində hərbi yardım göstərməsi açıq-aşkar yeni formalaşan sülhə qəsd etmək, Cənubi Qafqazda vəziyyəti mürəkkəbləşdirmək deməkdir. Bu fakt bir daha sübut edir ki, bu gün heç bir birlik, heç bir beynəlxalq təşkilat sülhə Sülh Fondu qədər zərbə vurmur. Bu gün heç bir qurum dünyamızda müharibə və qarşıdurmaların alovlanmasına Sülh Fondu qədər böyük dəstək vermir.

Ümumiyyətlə, Ermənistanın Sülh Fondu tərəfindən sistemli şəkildə silahlandırılması və bu prosesin sülhə xidmət kimi təqdim edilməsi sülh məfhumunu ələ salmaq, beynəlxalq ictimaiyyəti axmaq yerinə qoymaqdır.

Proseslərin təhlili göstərir ki, Sülh Fondu sülhdən daha çox müharibəyə xidmət edir. Buna görə də bu cür hərbi yardımlarla erməni faşizmini dirçəltməyə, Ermənistanda revanşist əhval-ruhiyyəni gücləndirməyə, onun Silahlı Qüvvələrini yeni qarşıdurma üçün hazırlamağa davam edir. Lakin Avropa İttifaqı bilməlidir ki, heç bir maliyyə yardımı, heç bir hərbi dəstək Ermənistanın Azərbaycan qarşısında üstünlüyünü təmin etməyə, qüvvələr nisbəti arasında balans yaratmağa qadir deyil.

Ermənistan sadəcə hərbi gücünə görə deyil, həm də iqtisadi qüdrətinə görə Azərbaycandan müqayisəedilməz dərəcədə geridədir və illər, əsrlər sonra da bu nəhəng, başgicəlləndirici fərqi qapatmağa, ortadan qaldırmağa nail ola bilməyəcək.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər