“Qarabağdan köçmüş 70 min ermənin lap 35 mini Köçəryanın arxasınca getsin, nə edə bilərlər ki?..”
Ekskluziv
184
18:18, Bu gün

“Qarabağdan köçmüş 70 min ermənin lap 35 mini Köçəryanın arxasınca getsin, nə edə bilərlər ki?..”

“Qarabağdan köçmüş ermənilərinin geriyə qayıtması mümkünsüzdür. Bunu əgər ölkənin- Ermənistanın baş naziri, prezidenti deyirsə, erməni cəmiyyətində küçə uşağı qədər hörməti olmayan bir gədənin nəsə deməsinin heç bir əhəmiyyəti yoxdur...”
 
Xocalı hərbi canisi, Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın oğlu, “Hayastan” blokundan olan deputat Levon Köçəryan bu günlərdə seçiciləri ilə keçirdiyi bir görüşdə çərənləyib ki, “artsax xalqının geri qayıtmaq hüququ uğrunda mübarizə aparmaq realdır”. Görəsən, o bu fikirləri deməkdə yalnız Rusiyaya, atasının dostu sayılan Vladimir Putinə güvənir, yoxsa başqa güc mərkəzlərinə də güvənir?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bunları söyləyib:
 
“Revanşist erməni qüvvələrinin, o cümlədən Köçəryan klanının heç bir güvənəcək yeri yoxdur. Bilirsiz, siyasətçilər adətən belə hərəkət edirlər:  səs qoparmaq, mümkün qədər çox səs əldə etmək üçün müxtəlif yalanlara, dələduzluqlara, hətta  hədələmələrə əl atırlar. İkincisi də, Qarabağdan köçmüş ermənilərinin geriyə qayıtması mümkünsüzdür. Bunu əgər ölkənin- Ermənistanın baş naziri, prezidenti deyirsə, erməni cəmiyyətində küçə uşağı qədər hörməti olmayan bir gədənin nəsə deməsinin heç bir əhəmiyyəti yoxdur. Bütün hallarda baş verənlər göstərir ki, ermənilərin Azərbaycan torpaqlarına geri qayıtması heç bir halda mümkün olmayacaq... 
 
Onlara Ermənistanda evlər tikirlər, onları işlə təmin edirlər.  Onların böyük bir hissəsi, təxminən 35-37%-i, artıq Ermənistandan da gedib və dünyanın müxtəlif yerlərinə səpələniblər. Ona görə də Qarabağ problemi, demək olar ki, yoxdur. Amma biz də möhkəm olmalıyıq. Və hər ehtimala qarşı silahı hazır tutmalıyıq... 
 
Nə qədər ki, hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətdədir, Azərbaycan üçün Qarabağ erməniləri adı ilə heç bir təhlükə yaranmayacaq. Köçəryan, Sərkisyan və onların klanlarının hazırda erməni cəmiyyətində heç bir əhəmiyyəti və nüfuzu yoxdur. Hətta Qarabağdan köçmüş 70 min ermənin 35 mini Köçəryanların mövqeyini dəstəkləsin, onların arxasınca getsin, nə edə bilərlər ki? 
 
Beynəlxalq hüquq bizim tərəfimizdədir. Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınır, həmçinin digər beynəlxalq təşkilatlar da, Avropa qurumları da bu həqiqəti, yəni Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləyir. Artıq yalnız Rusiya tərəfindən dəstəklənən revanşistlərin əllərində yalnız boş sözlər və təhdidlər qalır. Həqiqət isə budur ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və heç bir revanşist hərəkat buna təsir edə bilməz. Artıq qatar gedib və revanşistlərin əllərini onun dalınca yelləməkdən başqa əlacları qalmayıb...”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər