Separatçı
Ekskluziv
354
13:43, Bu gün

Separatçı "daxili işlər naziri" Xankəndində Saakyan və Qukasyanla görüşüb İrəvana qaçmasından danışdı...

"Mən onları sonuncu dəfə getdiyim gün gördüm, Bako Saakyanı, Arkadi Qukasyanı gördüm, sonra Ermənistan Respublikasına getdim və onların əsir götürüldüyünü öyrəndim. Burada açıqlanmayan və ya danışılmayan heç bir sirr yoxdur."
 
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu 2023-cü ilin sentyabrından Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin qondarma "daxili işlər naziri" Karen Sarkisyan  İrəvandakı Yerablur hərbi qurbanlar məzarlığında jurnalistlərlə törətdikləri cinayətlərə görə hazırda Bakıda  həbsdər olan keçmiş  separatçı hərbi-siyasi liderlərlə bağlı söhbətində bildirib.
 
"10 nəfərin Qarabağdan birdən Ermənistan Respublikasına necə köçmək istədiyi və sonuncuların köçürülmə üçün müraciət etməməsi ilə bağlı müzakirələrin doğru olub-olmadığı soruşulduqda, Sarkisyan heç bir məlumata malik olmadığını və bunu öyrənməyə vaxtı olmadığını açıqlayıb: "Düzünü desəm, mənim heç bir məlumatım yoxdur, respublikadan kənarda idim, öyrənməyə vaxtım yox idi, 2023-cü ildə hər kəsin deportasiya olunmaq, zorla deportasiya olunmaq qərarı verməsini normal hesab edirəm və həmin 10 nəfərin Ermənistan Respublikasına gəlməsini  də normal sayıram".
 
Link kopyalandı!
Son xəbərlər