Bizi sosial şəbəkələrdən izləyin:
"Biz çalırıq, siz rəqs edirsiniz": Nikol Paşinyan 30 yanvarda musiqi qrupu ilə birlikdə çıxış edəcək.
“Euronews” un Rusiya xidməti Ermənistanın Baş naziri Nikol Paşinyanın musiqi debütünə hazırlaşdığı barədə məlumatlandırıcı məqalə dərc edib .
Moderator.az xəbər verir ki, "Armtiems" nəşrinin yaydığı məlumata görə, sayt Baş nazirin daha əvvəl ilk belə tədbir barədə paylaşım etdiyini və insanları rəqs meydançasına dəvət etdiyini xatırladaraq, Paşinyanın konsertin tarixini və "Varchabend" qrupunun adını dərc etdiyini qeyd edir.
"Ermənistan mediası xəbər verir ki, Nikol Paşinyan və həyat yoldaşı Anna Hakobyan ötən il musiqi dərsləri alıblar. Baş nazir nağara, həyat yoldaşı isə gitara çalır."
Dekabrın sonlarında Baş nazir Ermənistan haqqında şeirinə əsaslanan mahnı oxuyarkən nağara çaldığı bir video yayımlayıb.
Məqalədə deyilir: "Ermənistan Milli Opera və Balet Teatrının pianoçusu Nikolay Kurdyumov bu yaxınlarda özünün və Paşinyanın birgə çıxışının videosunu yayımladı və qarşıdakı yaradıcılıq əməkdaşlığını elan etdi".
Həmçinin qeyd olunur ki, Nikol Paşinyan tez-tez sosial şəbəkələrdə musiqi müşayiəti ilə videolar paylaşır. Son aylarda o, beynəlxalq səyahətləri zamanı çəkilmiş və trend halını alan və milyonlarla baxış sayı qazanan bir sıra videoları izləyiciləri ilə paylaşıb.
“Euronews” onu da diqqətə çatdırır ki, “Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçiriləcək. Bəzi müşahidəçilər onun musiqi imicinin təbliğinin seçkiqabağı kampaniyanın bir hissəsi olduğunu deyirlər, lakin Paşinyana yaxın insanlar onun auditoriya ilə ünsiyyət qurmaq üçün məhz bu yolu seçdiyini deyirlər”.