“ABŞ post-sovet məkanında möhkəmlənməyə, Qafqazda dayaq nöqtələri yaratmağa çalışır”
Ekskluziv
104
16:53, Bu gün

“ABŞ post-sovet məkanında möhkəmlənməyə, Qafqazda dayaq nöqtələri yaratmağa çalışır”

ABŞ vitse-prezident Devid Vens fevral ayında Azərbaycana səfər edəcək.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib:

“Bu səfər ABŞ-ın Azərbaycaan verdiyi önəmi göstərir. ABŞ Cənubi Qafqazdakı fəaliyyətini yalnız Azərbaycanla bağlı genişləndirmir. ABŞ çalışır ki, ilk növbədə post-sovet məkanında möhkəmlənsin. Qafqazda özünün dayaq nöqtələrini yaratsın. Fakt odur ki, Azərbaycanla ABŞ-ın yaxınlaşması, münasibətlərimizdə olan qarşılıqlı etimad yeni mərhələyə qədəm qoyur.

Azərbaycan 11 sentyabr hadisələrində ABŞ-la həmrəylik nümayiş etdirib. Sülh təşəbbüslərində, təhlükəsizliyin güclənməsində, əməkdaşlığın inkişafında  və s. Azərbaycanla Amerika hər zaman bir yerdə fəaliyyət göstərib.

Tramp administrasiyası dönəmində isə bu əməkdaşlıq daha da inkişaf edib, mahiyyət etibarilə yeni mərhələyə yüksəlib. Bu isə onu deməyə əsas verir ki, ABŞ-Azərbaycan əlaqələri yaxın gələcəkdə də inkişaf etməkdə davam edəcək və bu əməkdaşlıq hər iki dövlətə böyük fayda verəcək”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər