Paşinyan bu məclisə öz ofisiantı və qab-qacağıyla gəldi...-FOTO
Ekskluziv
44
09:19, Bu gün

Paşinyan bu məclisə öz ofisiantı və qab-qacağıyla gəldi...-FOTO

Bu yaxınlarda Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda dəvət olunduğu məclislərdən birinə öz ofisiantı və qab-qacağıyla gəlib.
Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" nəşri məlumat yayıb.
 
"Yazmışdıq ki, "Vətəndaş sazişi" partiyasının üzvləri  deputat Arpi Davoyanın qızının ad gününü uşağın doğulmasından təxminən 2 ay sonra qeyd etmək qərarına gəliblər. Öyrəndik ki, ötən həftə onlar Hatisdəki "Sari" restoranında toplaşıblar. Toplantıda təxminən 60 nəfər iştirak edib. Nikol Paşinyan tək, həyat yoldaşı olmadan gəlib və iştirakçıları təəccübləndirən odur ki, o, məclisə öz ofisiantını və öz qab-qacağını gətirib. İştirakçılar bizə bildiriblər ki, Paşinyan gətirdiyi ofisiant 18-20 yaşlı gənc oğlan olub və yalnız ona xidmət edib. Masaya oturanda o, qarşısına qoyulmuş qabları götürməyi əmr edib və özü ilə gətirdiyi stəkandakı suyun hamısını içib", - erməni nəşri belə yazıb. 
 
Qəzetin yazdığına görə, "iştirakçılar məclis zamanı Paşinyanın əhval-ruhiyyəsinin pis olduğunu, oynamaqdan, rəqs etməkdən imtina etdiyini və məclisi ilk tərk edənin olduğunu da görüblər".
 
"Yeri gəlmişkən, Arpi Davoyanın uşağının atası da orada deyildi... Məlumatlı bir şəxs bizə izah edib ki, yəqin ki, Paşinyan onu zəhərləmək istədiklərindən şübhələnir. Məsələn, məşhur "Noviçok" maddəsi insan bədəninə müxtəlif əşyalar, o cümlədən qab-qacaq vasitəsilə ötürülür. Amma hamının istifadə etdiyi üçün yemək və içkidən şübhələnilmir", - "Hraparak" bildirib.
 
Link kopyalandı!
Son xəbərlər