Qəzəblənən müharibə veteranları Trampa özünün hərbi xidmətdən və müharibədən necə yayındığını xatırlatdı...
Ekskluziv
104
07:09, Bu gün

Qəzəblənən müharibə veteranları Trampa özünün hərbi xidmətdən və müharibədən necə yayındığını xatırlatdı...

ABŞ prezidenti Əfqanıstan müharibəsi zamanı digər NATO üzvlərinin rolunu bir daha kiçiltməklə Davosda qalmaqala səbəb olub. Cavab olaraq, Susseks hersoqu da daxil olmaqla, müxtəlif ölkələrdən veteranların heç vaxt hərbi xidmətdə olmayan Donald Trampın özünün ciddi tənqidi ilə müşayiət olunan çoxsaylı paylaşımları yayıldı.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Davosda "Fox News"-a  müsahibəsində Donald Tramp NATO-nu tənqid edərək, alyansın "onlara ehtiyacımız olsa, orada olacağına" "əmin olmadığını" bildirib və sonra əlavə edib: "Onlar bizə heç vaxt lazım olmayıb. Deyəcəklər ki, Əfqanıstana qoşun göndəriblər... və bu da doğrudur, onlar bir az, cəbhə xəttindən bir az uzaqda qalıblar"(yəni guya döyüşməyiblər-S.L.). 
 
Britaniyanın "Metro" nəşri araşdırma apararaq veteranları və NATO-nu daim tənqid edən ABŞ prezidentinin özünün Vyetnam müharibəsində iştirakdan necə "fərasət"lə yayındığını aşkara çıxarıb.
 
Trampın açıqlaması artıq siyasi liderlər və veteranlar arasında qəzəbə səbəb olub. Hətta şahzadə Harri də buna reaksiya verib. Əfqanıstanda iki dəfə olmaqla, Britaniya ordusunda on il xidmət etmiş Sasseks hersoqu sərt ifadələrlə bəyanat yayıb.
 
"2001-ci ildə NATO 5-ci maddəni ilk dəfə - və tarixdə yeganə halda tətbiq etdi", - deyə Harri 11 sentyabr hücumlarından sonra alyansın qarşılıqlı müdafiə bəndinə toxunaraq bildirib.
 
"Bu o demək idi ki, hər bir müttəfiq ortaq təhlükəsizliyimizin təmin edilməsi üçün Əfqanıstanda ABŞ-ı dəstəkləməyə borclu idi. Müttəfiqlər bu çağırışa cavab verdilər. Mən orada xidmət etdim. Orada ömürlük dostlar qazandım. Və orada dostlarımı itirdim. Təkcə Birləşmiş Krallıqdan 457 hərbçi öldü", - deyə Harri əlavə edib.
 
KİV-də qeyd edilib ki, bu şərhlər Trampı iç üzünü açır, çünki o, əvvəllər Vyetnam müharibəsi zamanı çağırışdan yayınmaqda ittiham olunmuşdu.
 
Hərbi Dəniz Qüvvələri veteranı və keçmiş NASA astronavtı kapitan Mark Kelli əvvəllər Donald Trampın 1960-cı illərdə ABŞ ordusuna hərbi çağırışdan yayındığını bəyan edib və tarixi dəlillər bunu təsdiqləyir.
 
ABŞ arxivlərində saxlanılan sənədlər göstərir ki, Tramp kollec illərində tibbi təxirə salınma və məzun olduqdan sonra tibbi  göstəricilərə əsasən hərbi çağırışdan azad edilib.
 
Bir sənədə görə, Donald Tramp 8 hərbi tibbi müayinədən keçib, lakin heç vaxt qəbul edilməyib və tibbi müayinədən keçdikdən sonra hərbi xidmətdən kənarlaşdırılıb.
Sümük çubuqları Trampın beysbol oynamasına mane olmayıb...
 
Dəqiq səbəb göstərilməsə də, Tramp əvvəllər iddia edib ki, bir və ya hər iki dabanındakı "sümük çubuğu("şpor"-S.L.) "uzun məsafələrə getməyi çətinləşdirir".
 
Sümük çubuqları oynaqların ətrafında əmələ gələn və hərəkətə mane ola bilən və ya sinirlərə təzyiq göstərə bilən sümük böyümələridir. Lakin bu diaqnoz Trampın məktəbdə və universitetdə, o cümlədən beysbol, Amerika futbolu və futbolda idmanla məşğul olmasına və ya uzun məsafələrə çox uzun gəzintiləri əhatə edən qolfa ehtirası inkişaf etdirməsinə mane olmayıb.
 
 
Birminqem Universitetinin Beynəlxalq Siyasət kafedrasının müdiri professor Devid Dann bildirib: "Tramp tibbi qeydlərini açıqlamaqdan imtina edir və sümük çubuqlarını çıxarmaq üçün heç vaxt əməliyyat olunmayıb, bu da onun yalan danışdığını göstərir."
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər