Bizi sosial şəbəkələrdən izləyin:
“Trampın ötənilki fəaliyyəti ABŞ-da dərin kök salan qlobalistlərin siyasi arenadan təmizlənməsinə həsr olundu. Verilən məlumata görə, Tramp hökuməti hakimiyyətlərinin ilk 3 ayında 25 min federal işçini işdən çıxarıb...”
“Ötən il Trampın ikinci hakimiyyətinin başlanğıcı və ilk ili idi. Adətən, istənilən prezidentin hakimiyyətinin ilk ilində gördüyü işləri onun bu postda oturduqdan sonra hansı siyasətləri həyata keçirilməsini göstərən dəqiq siqnallar sayılır. Yəni biz bu birillik fəaliyyətə baxıb Trampın qarşıdakı 3 ildə hansı addımlar atacağını müəyyənləşdirə bilərik. Trampın ötənilki fəaliyyəti ABŞ-da dərin kök salan qlobalistlərin siyasi arenadan təmizlənməsinə həsr olundu. Verilən məlumata görə, Tramp hökuməti hakimiyyətlərinin ilk 3 ayında 25 min federal işçini işdən çıxarıb. Bəhanəsi isə dövlət büdcəsinə qənaət edilməsi idi. Atılan ən qalmaqallı addımlardan biri də ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla 66 beynəlxalq qurumdan ayrılması oldu.”
Siyasi şərhçi Heydər Oğuz bu fikirləri Moderator.az-a açıqlamasında “Donald Trampın ABŞ prezidenti kimi ikinci hakimiyyət dövründəki bir ili tamam oldu: onun ötənilki fəaliyyəti barədə hansı nəticələrə gəldiniz, builki fəaliyyəti üçün nələri proqnozlaşdırmaq olar?” sualını cavablandırarkən ifadə edib.
“Ötən bir il ərzində Tramp Qrenlandiya, Meksika, Panama və s. kimi ölkələri ilhaq etmək barədə fikirləşdiyini gizlətmədi və beynəlxalq aləmdə ciddi səs-küy doğuran bəzi addımlar atdı. Hətta Venesuela prezidentini xanımı ilə birgə oğurlayıb Amerikaya gətirdi...
-Birləşmiş Ştatlarda köçkünlərə qarşı həbs və ölkədən çıxarma əməliyyatlarına başladı. Bir çox beynəlxalq qurumların maliyyələşdirməsini dayandıraraq Qərb ölkələrinin başqa dövlətlərə təzyiqlərinə son qoydu.
-Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına nai oldu və Zəngəzur dəhlizinin açılması üçün müəyyən addımlar atdı.
-Ukraynanı yalnız buraxdı.
-NATO ölkələrinə ÜDM-nin 3 faizini hərbi xərclərə ayırmasına nail oldu və s.
Tramp BMT-ni ləğv edib yerinə ona bənzər yeni beynəlxalq qurum yaratmaq təşəbbüsünə girişdi”, - davamında bunları söyləyən Heydər Oğuz daha sonra belə deyib:
“Bütün bunlar onu göstərir ki, ABŞ yeni dünya düzəni quruculuğuna çalışır və onun qurduğu yeni beynəlxalq sistemdə qlobalistlərə yer olmayacaq. Xüsusilə ABŞ-ın qanını əmən separatçı qüvvələr tamamilə buraxılacaq və dünyada yalnız güclü dövlətlər yaşamaq haqqı qazanacaq...”
Təqdim etdi:
Sultan Laçın