Viktor Orban Rusiya əleyhinə sanksiyaların və Ukrayna tərəfdarı olan təşəbbüslərin ardıcıl olaraq qarşısını alması ilə tanınır.
Viktor Orbanın Zelenskinin sözlərinə reaksiyası...
Zelenskinin soyadını çəkməməsinə baxmayaraq, Viktor Orban kimin tənqidlərini hədəf aldığını başa düşdü və "X" sosial mediasında ona cavab verib. O, aralarında qarşılıqlı anlaşmanın demək olar ki, mümkün olmadığı qənaətinə gəlib.
"Mən Macarıstan xalqına xidmət edən azad bir insanam. Lakin siz, Amerika Birləşmiş Ştatları prezidentinin bu məsələdə sizə hər cür kömək göstərməsinə baxmayaraq, artıq dörd ildir ki, müharibəni bitirə bilməyən və ya istəməyən çıxılmaz bir durumda olan bir insansınız. Buna görə də, məni nə qədər tərifləsəniz də, biz sizin hərbi səylərinizi dəstəkləyə bilmərik", - deyə o yazıb.
Siyasətçi əlavə edib ki, Ukrayna xalqı hələ də Macarıstanın Ukraynanı elektrik enerjisi və yanacaqla təmin etməsinə, eləcə də qaçqınları dəstəkləməsinə ümid edə bilər.
"Qalanını həyat özü müəyyən edəcək və hər kəs layiq olduğunu alacaq", - deyə o, paylaşımı öz adı ilə imzalayaraq yekunlaşdırıb.
2025-ci ilin sonunda Viktor Orbanın kampaniya afişaları və reklam lövhələri Macarıstan boyunca Zelenski, Ursula fon der Leyen və Peter Magyarın şəkilləri ilə peyda olub.
Xatırladılır ki, Viktor Orban Ukraynanın çöküşünü istəmədiyini israr edir. O, bunun baş verəcəyi təqdirdə Macarıstan üçün fəlakət olacağını söyləyib. O, bu açıqlamanı Macarıstanın Seqed şəhərində keçirilən "müharibə əleyhinə" mitinq zamanı verdi.
O, noyabrın sonunda Kremlə səfər edib və Budapeşti Rusiya prezidenti Vladimir Putinə sülh danışıqları üçün məkan kimi təklif edib.
16 yanvarda Orban Ukraynanın AB-dən maliyyələşdirilməsindən imtina etmək siyasətinə dəstək tələb edən "milli petisiya" yaratmaq niyyətini açıqlayıb və apreldə Macarıstanda keçiriləcək qarşıdan gələn seçkiləri müharibə və sülh arasında seçim kimi təsvir edib.
S.Laçın