Ukrayna döyüşçüləri bir kəndi işğalçılardan təmizlədi...-Rusların yeni tipli dronu məhv edildi...-FOTO
Ekskluziv
279
09:09, Bu gün

Ukrayna döyüşçüləri bir kəndi işğalçılardan təmizlədi...-Rusların yeni tipli dronu məhv edildi...-FOTO

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Pokrovsk rayonunun Mİrnoqrad icmasındakı Suxetskoye kəndini rus işğalçılarından təmizləyib.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, "DeepState" layihəsinin məlumatına görə, eyni zamanda Rusiya qüvvələri Mirnoqrad və Dorojnyanka yaxınlığında irəliləyib.
 
Hesabatda deyilir: "Düşmən Mirnohrad və Dorojnyanka yaxınlığında irəliləyib. Suxetskoye düşməndən təmizlənib".
 
Analitiklər həmçinin döyüş xəritəsini yeniləyiblər. Suxetskoye kəndi artıq yaşıl zonadadır, yəni Ukrayna qüvvələri kəndə nəzarət edir.
 
Qeyd etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son hesabatında Rusiya qüvvələrinin Suxetskoyedən təmizlənməsi barədə məlumat verilməyib.
 
Xatırladaq ki, 12 yanvarda Kupyanskın təmizlənməsi zamanı Milli Qvardiya qoşunları şəhər şurası binasının üzərində Ukrayna bayrağını qaldırıblar.
Bundan əlavə, son məlumatlara görə, 225-ci əlahiddə həmlə alayının "Pentaqon" taborunun pilotları Zaporojye vilayətində "Knyaz Veşiy Oleq" adlı yeni Rusiya pilotsuz uçuş aparatını (PUA) məhv etməyi bacarıblar.
 
"Pentaqon"   pilotsuz sistemlər taborunun məlumatına görə, bu, təyyarə tipli kəşfiyyat dronudur.
 
Rusiya mənbələrinə görə, dronun əsas üstünlüyü onun yüksək sağ qalma qabiliyyətidir, çünki Ukrayna hərbçiləri onu öz PUA-ları kimi qəbul edirlər.
 
Qeyd edilib ki, bu dronun kəşfiyyat, atəş tənzimləməsi və hücum dronlarının işini izləyə biləcəyi qeyd edilib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər