“Bu həftə içərisində İrana hücum planı reallaşdırılmalıdır - başqa yol yoxdur...”
Ekskluziv
2839
20:10, Bu gün

“Bu həftə içərisində İrana hücum planı reallaşdırılmalıdır - başqa yol yoxdur...”

“Bir ictimai-siyasi quruluşdan digər daha mütərəqqi sistemə keçid dövrü, əlbəttə, xeyli vaxt alır. Və İranda bu proses İraqdan da, Liviyadan da uzun çəkə bilər. Amma...”
 
“İrandakı üsyanlar bir qədər səngidikdən sonra sanki tufanqabağı bir sakitlik oldu və mollalar edamlara başladı. Bundan sonra isə hərdəmxəyal Tramp fikrindən döndü və yenidən hücum əməliyyatı keçirməyə qərar verdi. Belə görünür ki, bu günlərdə   Amerika və İsrailin İrana havadan, dənizdən və ola bilsin ki, müəyyən nöqtələrdə qurudan da genişmiqyaslı hücum başlasın. Məqsəd isə molla rejimini devirmək və yeni hakimiyyəti bərqərar etmək və nəticə etibarilə İranı dünya xalqlarının, sivilizasiyanın hamar yoluna çıxarmaqdır. Hər halda mediada da yayılan məlumatlardan aydın olur ki, bu gün də olmasa, sabah, biri gün belə bir əməliyyat keçiriləcək. Başqa yol yoxdur. Hesab edirəm ki, bu həftə içərisində İrana hücum planı reallaşdırılmalıdır.” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “İranda son həftələr baş verən proseslər barədə gəldiyiniz nəticələr nələrdən ibarətdir və bundan sonra nələr gözlənilir?” sualını cavablandırarkən politoloq Qabil Hüseynli ifadə edib:
 
“Bəs sizcə, böyük bir əraziyə və çoxmillətli bir əhaliyə malik İran kimi bir ölkədə 50 ilə yaxın hökm sürən teokratik bir rejimin   asanlıqla yıxılması, tezliklə sabitlik bərqərar olması və normal dünyəvi bir dövlət qurulması mümkün olacaqmı?” sualına isə politoloq belə cavab verib:
 
 
“Bəli, İranın böyük və çoxmillətli dövlət olduğunu qəbul edirəm. Lakin ortalıqda labüd proseslər var. Bir ictimai-siyasi quruluşdan digər daha mütərəqqi sistemə keçid dövrü, əlbəttə, xeyli vaxt alır. Və İranda bu proses İraqdan da, Liviyadan da uzun çəkə bilər. Amma bu saat əsas məsələlər molla rejiminin devrilməsi, nüvə silahıyla bağlı planların ləğv edilməsi, əhalinin maddi rifahının qaldırılması üçün sanksiyaların aradan qaldırılması, neftin-qazın satışına icazə verilməsi və tədricən İran cəmiyyətinin mütərəqqi, sivil bir dövlət relsinə oturdulmasıdır...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər