“Bu silahlar kütləvi şəkildə ilk dəfə Vətən müharibəsində tətbiq edilib”
Ekskluziv
301
11:59, Bu gün

“Bu silahlar kütləvi şəkildə ilk dəfə Vətən müharibəsində tətbiq edilib”

“Bəzi müasir silah-sursat və texnikalar dünya tarixində kütləvi şəkildə məhz 44 günlük Vətən  müharibəsində Azərbaycan tərəfindən tətbiq edilib”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, bu müharibə Azərbaycan Silahlı Qüvvələrinin nə qədər qüdrətli olduğunu praktiki baxımdan bütün dünyaya göstərdi:

"Azərbaycan 44 günlük Vətən müharibəsində yeni nəsil silahların uğurlu və kütləvi sınağını tətbiq etdi. Ordumuz bütün dünyaya göstərdi ki, o, həqiqətən də dünyanın ən qabaqcıl ordularından biridir və ən çətin, mürəkkəb tapşırıqların da öhdəsindən uğurla gəlməyi bacarır.

Təsadüfi deyil ki, məhz 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın mharibədə tətbiq etdiyi silah və texnikaların bir çoxu dünyanın müxtəlif bölgələrindəki hərbi əməliyyatlarında geniş tətbiq olunmağa başladı. Bura PUA və digər silahlar daxildir.

Bu gün Azəbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz peşəkarlığını artırmaqda, maddi-texniki bazasını gücləndirməkdə davam edir. Məlum istiqamətdə  atılan addımlar, yürüdülən siyasət ordumuzun gücünün daha da artırılmasına xidmət edir ki, bu da təhlkəsizliyimizin təmin edilməsi, müdafiə qabiliyyətimizin yüksəldilməsi baxımından həyati əhəmiyyət kəsb edir”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər