Dünyanın ən böyük adamının əlləri Azərbaycandakı muzeydə sərgilənəcək-ÖZƏL-FOTO
Ekskluziv
3943
20:44, Bu gün

Dünyanın ən böyük adamının əlləri Azərbaycandakı muzeydə sərgilənəcək-ÖZƏL-FOTO

"5 ilə yaxındır ki, biz dünyanın ən hündür insanı olan 2,52 sm boylu Sultan Kösənlə görüşmək istəyirdik. Dünən həmin istəyimizə nail olduq. İstanbuldakı Atatürk Havalimanı Millət Baxçasında keçirilən "Mardin il Tanıtım Günlərində" bu görüş baş tutdu"

Bunu Moderator.az-a açıqlamasında “Danışan əllər” layihəsinin müəlliflərindən biri heykəltəraş Namiq Hüseynov deyib. O daha sonra əlavə edib:


"Sultan Kösən həm də dünyanın ən böyük əli və ən böyük ayağına sahibdir. 27, 5 sm uzunluğunda əli var. Olduqca maraqlı bir gün oldu. Onunla həmçinin dünyanın ən kiçik insanı ilə görüşməklə bağlı söhbət etdik. Muzeydə hər ikisinin əllərini bir yerdə sərgiləmək istəyirik. Ümid edirik ki, bu istəyimizə də nail olarıq. Sultan Kösən biləndə ki, azərbaycanlıyam çox xoşuna gəldi, dedi ki, "mənim üçün onurdu əllərimin Azərbaycandakı muzeydə olması". O bildirdi ki, Azərbaycanda heç vaxt olmayıb və ölkəmizə gəlmək istəyir. Ona Azərbaycan musiqi ələtlərindən ibarət bir trio kiçik ölçüdə hazırlanmış əl işi və balaca formada toxunmuş xalça və üzərində Azərbaycan yazılan hədiyyə etdim. Sonda dedi ki, dünyanın ən böyük əllərini görmək istəyən hər kəs Azərbaycanda mənim əllərimi görə bilər" deyə heykəltəraş bildirib.


 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər