Türkiyə Avropanın təhlükəsizliyində əlahiddə rol oynaya bilər...
Ekskluziv
270
19:54, Bu gün

Türkiyə Avropanın təhlükəsizliyində əlahiddə rol oynaya bilər...

Məlum olduğu kimi, Türkiyənin tam elektrikli zirehli daşıyıcısı E-ZPT sınaqlardan uğurla çıxıb.

AzerVoice xəbər verir ki, “E-ZPT-nin ən mühüm xüsusiyyətlərindən biri onun hibrid enerji sistemidir. Vasitə yalnız batareyalarla 150 kilometr məsafə qət edə bildiyi halda, daxili generator dəstəyi ilə bu məsafə 650 kilometrə qədər artır. Tamamilə elektrikli mühərriklə çalışdığı üçün vasitə döyüş meydanında daha az səs və istilik izi buraxır ki, bu da onu düşmən radarları üçün daha çətin hədəfə çevirir. 15 ton ağırlığında olan zirehli daşıyıcı 7 personal daşıma imkanına və 12,7 millimetrlik uzaqdan idarə olunan silah sisteminə (UKS) sahibdir”.

Türkiyənin tam elektrikli zirehli daşıyıcısı E-ZPT-nin bütün sınaqlardan müvəffəqiyyətlə çıxması qardaş ölkənin hərbi sənayesinin sürətli inkişafından, bu istqimətdəki səylərini əzmlə davam etdirməsindən xəbər verir. Bu fakt bir daha sübut edir ki, əsgəri gücünə görə yalnız Avropada deyil, bütün dünyada əsas dövlətlədən biri hesab edilən Türkiyə, hərbi-texniki gücünə, dinamik şəkildə inkiaşf edən hərbi sənayesinə görə də öz mövqeyini gücləndirməkdədir. Başqa sözlə desək, Türkiyə yüksək peşəkarlığa malik əsgəri gücünü yerli istehsal olan müasir hərbi texnikalar hesabına daha da artırır ki, bu da onu sadəcə regional deyil, həm də qlobal güc halına gətirir.

Türkiyənin mövcud hərbi gücünü, eləcə də hərbi potensialını nəzərə alsaq, əminliklə demək olar ki, qardaş ölkə yaxın gələcəkdə bütün Avropanın təhlükəsizliyinin təminində əlahiddə rol oynaya bilər. ABŞ və Avropa arasındakı ziddiyyətlərin artması, Ağ Evin təhlükəsizlik məsələsində Qərbi tez-tez təhdid etməsi, onu istənilən an taleyin ümidinə buraxmağa hazır olması Türkiyənin bu məsələdəki önəmini artırmaqdadır. Türkiyə ABŞ-ın malik olduğu müasir raket sistemlərinə, döyüş təyyarələri və digər təchizata malik olmasa da, sürətli inkişaf edən hərbi sənayesi ilə bu boşluğu əhəmiyyətli dərəcədə doldurmağa qadirdir. Bunun üçün Qərbin Türkiyənin hərbi sənayesinin inkişafına maddi və intellektual baxımdan dəstək verməsi yetərlidir.

Onu da qeyd edək ki, dörd ildir ki, Ukraynada fasiləsiz müharibə aparan Rusiya bütün Avropa üçün real təhlükə mənbəyi olaraq qalmaqdadır. Avropanın bir çox hərbi-siyasi eksperti açıq şəkildə bəyan edib ki, Qərb Rusiya təhlükəsinin qarşısını almağa, bu təhdidi öz qüvvəsi hesabına aradan qaldırmağa qadir deyil. Belə olan halda Avropanın Türkiyə faktoruna üz tutması, müdafiə və təhlükəsizliyindəki boşluqları Türkiyə hərbi sənayesi və türk hərbi birləşmələri hesabına doldurması ən məntiqli çıxış yolu olar.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər