“Söhbət gedib məhkəməyə çatanda bank işçisi deyir ki, mən bu haqda vətəndaşa məlumat vermişəm”-Bank sizi cərimələyə bilər-FOTO+ÖZƏL
Ekskluziv
1123
11:49, Bu gün

“Söhbət gedib məhkəməyə çatanda bank işçisi deyir ki, mən bu haqda vətəndaşa məlumat vermişəm”-Bank sizi cərimələyə bilər-FOTO+ÖZƏL

“Qanunvericiliyə əsasən bankdan kredit götürən vətəndaş borcunu müntəzəm olaraq ödəməlidir. Lakin bəzi insanlar krediti tez bağlasalar bank tərəfindən cərimələnəcəyini düşünürlər. Əlbəttə ki, bəzi banklar borcun vaxtından əvvəl bağlanmasına görə cərimə tətbiq edə bilər. Lakin bu müddəa müqavilədə mütləq qeyd olunmalıdır. Son dövrlər belə halların sayı artdığına görə vətəndaşla bank arasında kredit müqaviləsi bağlanarkən həmin şərtlər müqavilədə göstərilməlidir. Bank vətəndaşa bildirməlidir ki, sən götürdüyün kredit məbləğini vaxtından əvvəl bağlayırsansa, sənin üçün nə qədər məbləğdə cərimə sanksiyası tətbiq edilə bilər. Bu barədə vətəndaşa məlumat verilməlidir. Əgər vətəndaş bildirərsə ki, müəyyən müddətdən sonra krediti vaxtından əvvəl bağlayım. Onda vətəndaşla bank arasında qarşılıqlı razılaşmaya əsasən həmin bənd müqavilədən silinə bilər. Bank bu məsələni planlarında nəzərə almalıdır”

Bunu Moderator.az-a açıqlamasında sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov deyib. O bildirib ki, təəssüf ki, əksər insanlar müqavilə ilə tanış olmadan imzalayırlar. Bu isə gələcəkdə müəyyən problemlərə yol açır:


“Söhbət gedib məhkəməyə çıxanda bank işçisi bildirir ki, mən bu haqda vətəndaşa məlumat vermişəm. Vətəndaş isə bildirir ki, bu barədə mənə məlumat verilməyib. Məhkəmə prosesində ortalığa çıxan əsas fakt müqaviləyə vətəndaş tərəfindən çəkilmiş imzadır. Ona görə də imza atdıqları hər sənədi diqqətlə oxummaq lazımdır.

Bu problemlərdə vətəndaşın cərimələnməsi halının da qarşısını almaq olar. Deyək ki, vətəndaş istehlak üçün 100 min manat kredit götürüb. Müəyyən müddətdən sonra vəsait əldə edib, bağlamaq istəyir. Vətəndaş götürdüyü məbləği tam olmayaraq bağlaya bilər. Bundan əlavə vətəndaş bankdan götürdüyü kreditin müəyyən hissəsini ödədikdə qalıq borca hesablanan faiz məbləğini də ödəməlidir” deyə ekspert bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər