“Dədə Qorqud” dastanına o qədər filmlər çəkmək olar ki...”-FOTO+ÖZƏL
Ekskluziv
1464
11:34, Bu gün

“Dədə Qorqud” dastanına o qədər filmlər çəkmək olar ki...”-FOTO+ÖZƏL

“Zaman-zaman köhnə filmlərimizin yeni üslubda, müasir tələblərə uyğun olaraq çəkildiyinin şahidi oluruq. Belə hallarda daha yaxşı iş ortaya qoymaq çox vaxt mümkünsüz olur. Klassik və uğurlu filmlərin yeni versiyada remeyklərinin çəkilməsi geniş qəbul olunmuş praktikadır. Bir qayda olaraq bunlar prodüser təşəbbüsüdür.

Biri var sıfırdan nəsə yaradasan, biri də var artıq yaranmış bir əsərin üzərində işləyəsən. Təbii ki, burada müəllifin, filmi çəkmiş şəxslərin razılığı mütləqdir. Çox nadir hallarda belə versiyalar uğurlar olur. Amma müəyyən nümunələr ola bilər ki, nəzəri cəhətdən uğurlu olsun. Məsələn, “Arşın mal alan” filmi.. Biz həm Rza Təhmasibin çəkdiyinə baxırıq, həm də Tofiq Tağızadənin. Düzdür, belə qəbul olub ki, Rza Təhmasibin filmi daha güclüdür, amma Tofiq Tağızadənin çəkdiyi “Arşın mal alan”-da zəif deyil”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib. 


Onun sözlərinə görə eyni filmi yenidən çəkməkdənsə, eyni mövzular barədə yeni filmlər çəkmək daha məqsədəuyğundur:
“Zaman keçir, rəqəmsal cəmiyyətdə yaşayırıq, telefonlardan asılılığımız var. Süni intellekt də bu sahəni zəbt edib. Gənclər Rza Təhmasibin, Tofiq Tağızadənin çəkdiyi “Dədə Qorqud”-a baxmaya bilərlər. Yeni nəsli nəzərə alaraq klassik filmlərin layiqli bir remeyk versiyasını çəkmək əlbəttə ki, yaxşı olar. “Dədə Qorqud” dastanı o qədər böyük ssenaridir ki, ona saysız-hesabsız remeyklər çəkmək olar. Yəqin ki, belə nümunələrdə uğurlu ekran işləri ortaya çıxarmaq olar. Bizim “Mirzə Fətəli xan” tarixi filmimiz var. Amma müasir dövrdə Fətəli xan haqda film yoxdur. İndiki halda “Fətəli xan” filminə yeni nəsil onsuz da baxmayacaq. Texniki keyfiyyəti çox aşağıdır. Ya onu bərpa etmək, ya da yeni film çəkmək lazımdır. Ola bilər ki, həmin filmin remeykini yox, amma Fətəli xan obrazı qalaraq bu haqda film çəkmək olar” deyə ittifaq katibi bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər