“Quran oxuyan birinə baxmayın - Qurana uyğun davranan birinə baxın...”
Ekskluziv
449
20:20, Bu gün

“Quran oxuyan birinə baxmayın - Qurana uyğun davranan birinə baxın...”

“Gerçəkdən azad olmayanlar öz ehtiraslarının köləsi olanlardır...”
 
“Allahı sevməyənlərə etibar etməyin. Əgər onlar Allahı tərk ediblərsə, mütləq sizi də tərk edəcəklər...”
 
Moderator.az aktuallığını nəzərə alaraq “Islam-Today” nəşrində dərc olunmuş “Ümmətin ən böyük liderlərindən 20 ilhamverici sitat...” başlıqlı məqalənin tərcüməsini dəyərli oxucuların diqqətinə çatdırır:
 
 
“İslamın ən böyük liderlərinin, məsələn, Məhəmmədin Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun), onun səhabələrinin, övliyaların və İslam alimlərinin kəlamları böyük hikmət ehtiva edir. Əbu Bəkrin, Ömər ibn əl-Xəttabın, Əli ibn Əbu Talibin (Allah onlardan razı olsun) və müsəlman alimlərinin sözləri həyatın əzab və çətinliklərini dəf etməyimizə və imanımızı gücləndirməyimizə kömək edir. Həqiqətən də, müdrik İslam kəlamlarını dinləməklə həyatımızı dəyişə və daha yaxşı insan olmaq üçün özümüzü gücləndirə bilərik...
 
Bu məqalədə müsəlman ümmətininn ən böyük liderlərindən 20 gözəl sitat təqdim olunur:
 
1. Səbri qorumaq çətindir, fəqət səbrin mükafatını boşa sərf etmək daha pisdir.
 
2. Quran oxuyan birinə baxmayın, - oxumaq - sadəcə sözlərdir, - Qurana uyğun davranan birinə baxın.
 
3. Bu, sənin fəth etməyə çalışdığın və üstündə ağladığın dünyandır...
 
4. Səbir - imanın təməlidir.
 
5. Ölümcül dərəcədə təhlükəli olsa belə, həqiqətə sadiq qalın...
 
6. Kasıbın sədəqəyə ehtiyac duyduğundan daha çox mükafata ehtiyacınız olduğunu anlamayana qədər sənin sədəqən qəbul olunmayacaq...
 
7. Bu həyatla bağlı narahatlıqlar möminin qəlbinə qaranlıq səpir. Axirətlə bağlı narahatlıqlar isə möminin qəlbini nurla işıqlandırır...
 
8. İnsanlar ən yaxşı ibadətə - təvazökarlığa laqeyddirlər...
 
9. Xəsisin sərvəti çınqıllar kimi dəyərsizdir...
 
10. Çətinliklərinizin sizi narahatlıqla doldurmasına icazə verməyin. Ulduzlar ən qaranlıq gecədə ən parlaq şəkildə parlayır...
 
11. Qəzəb anında göstərilən səbir sizi min anlıq peşmançılıqdan xilas edir...
 
12. Ey Allahım! Səndən istəmədiyim İslamı mənə nəsib etdin. Səndən istədiyim Cənnəti mənə nəsib et...
 
13. Günahım üzərimə ağırlıq çəkdi. Amma onu Sənin mərhəmətinlə müqayisə etdikdə, Ey Allahım, Sənin mərhəmətin ölçüyəgəlməz dərəcədə böyük idi.
 
14. Allahı sevməyənlərə etibar etməyin. Əgər onlar Allahı tərk ediblərsə, mütləq sizi də tərk edəcəklər...
 
15. Əzbərlənən yox, fayda verən - bilikdir...
 
16. Özünü tənqiddən kənarda hesab edən hər kəs həqiqətən ağlını itirib, çünki hətta Uca Allah belə, haqsız yerə tənqid olunub...
 
17. Bu dünyada heç kimə çox etibar edə bilməzsən, çünki qaranlıq çökəndə kölgən belə, səni tərk edir...
 
18. Zəhər bədəni öldürdüyü kimi, günahlar da ruhu öldürür...
 
19. Bəzi insanlar susmaq iqtidarında olmadıqları üçün bilik əldə etmək imkanından məhrum olurlar...
 
20. Gerçəkdən azad olmayanlar öz ehtiraslarının köləsi olanlardır...”
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər