Azərbaycan milli azlıqların hüquqlarının əsas müdafiəçisi qismində: Faktlar və reallıqlar...
Ekskluziv
736
19:16, Bu gün

Azərbaycan milli azlıqların hüquqlarının əsas müdafiəçisi qismində: Faktlar və reallıqlar...

Məlum olduğu kimi, 16 yanvar 2026-cı il tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ökəmizdə "Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda çıxış edən qonaqlar, eləcə də Pəncab hökumətinin İnsan Haqları və Azlıqları məsələləri naziri Rameş Sinq Arora Hindistanın milli azlıqlara yönəlik siyasətini kəskin tənqid edib, bu siyasətin beynəlxalq hüquq və insan haqları ilə kəskin ziddiyyət təşkil etdiyini bildirib. Konfransda Hindistanın milli azlıqlara qarşı yürütdüyü repressiyalar ciddi tənqid edilib, bununla bağlı çoxsaylı faktlara diqqət çəkilib.

Konfransdan sonra mətbuata açıqlama verən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Hindistanda azlıqlara qarşı zorakılığı BMT və beynəlxalq təşkilatlara daşıyacaqlarını bildiriblər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan son bir neçə ildir ki, dünyanın hansı bölgəsində yaşamasıdnan asılı olmayaraq, milli azlıqların hüquqlarının qounması istiqamətində ardıcıl iş aparır, bu sahədəki hüquqpozmaları beynəlxalq ictimaiyyətə çatdırır, hegemon və imperialist gücləri ifşa edir. Bakı Təşəbbüs Qrupunun bundan öncə Fransa ilə bağlı atdığı addımlar, bu ölkənin imperializmindən əziyyət çəkən milli azlıqlarla bağlı təşkil etdiyi konfranslar bütün dünyada ciddi əks-səda doğurmuş, beynəlxalq aləmin diqqətini məlum problemə yönəltmişdir.

Bu kəs Hindistanla bağlı keçirilən konfrans da eyni problemin beynəlxalq müzakirəyə çıxarılması, hüquqları pozulan, amansız təzyiq və repessiyadan əziyyət çəkən xalqların təməl haqlarının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Gücün hökm etdiyi dünyada hüquqa verilən dəyər...

"Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda keçirilən beynəlxalq konfrans hər şeydən öncə respublikamızın gücün hökm etdiyi dünyada hüquqa verilən dəyəri əks etdirməkdədir. Bu konfrans bir daha sübut etdi ki, Azərbaycan gücün hüquq üzərində deyil, hüququn güc üzərindəki nəzarətini vacib hesab edir və bunun üçün əlindən gələni əsirgəməməkdədir.

Azərbaycan gücün artan rolunu etiraf etməklə yanaşı, hesab edir ki, kiminsə güclü olması onun zəif, məzlum xalqlar üzərində hegemonluğu üçün əsas olmamalı, azsaylı xalqların faciəsinə çevrilməməlidir. Hansı ki, bu gün Hindistanda mövcud olan durum bu sahədə vəziyyətin son dərəcə acınacaqlı olduğunu göstərir. Uzun illər faşist Ermənistanına dəstək verən, bu gün də onun silahlanmasında aktiv iştirak edən Hindistan, sinq xalqına divan tutmaqda, onların həm fiziki, həm də mədəni mövcudluğuna son qoymağa çalışmaqdadır. Bu isə özünü bütün dünyada məzlum xalqların hüquqlarının mdafiəçisi kimi tanıdan, bu istiqamətdə mühm addımlar atan Azərbaycanın haqlı narahatlığına səbəb olmaqdadır ki, bu narahatlıq bugünkü konfransda öz əksini ən incə çalarlarını kimi əks etdirdi.

Azərbaycan sona qədər əzilən xalqların yanındadır...

16 yanvar 2026-cı il tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans sübut etdi ki, Azərbaycan sona qədər əzilən xalqların yanındadır və heç bir halda öz xilaskar missiyasından imtina etmək niyyətində deyil. Əksinə, Azərbaycan hüquqları tapdanan, fiziki-mənəvi təzyiqlərə, repressiyalara məruz qalan xalqlarla bağlı beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə yeni-yeni faktlar təqdim edir ki, bu faktların hər biri ciddi hüquq pozuntusundan xəbər verir. Bu pozuntulara qarşı mübarizə aparmaq isə sadəcə Azərbaycanın deyil, bütün bəşəriyyətin işi, bütün insnalığın vəzifəsidir.

Seymur ƏLİYEV

 

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər