Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”
Ekskluziv
434
14:44, Bu gün

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

“Müasir dövrümüzdə yeni dünya nizamı formalaşmaqdadır və biz artıq gücün hüququna şahidlik etməkdəyik”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, mövcud reallıqlar dövlətlərdən müdafiə və təhlkəsizlik məsələlərinə daha çox diqqət göstərməyi zəruri edir:

“Yaşadığımız dünyada gücün önəmi sürətlə artmaqdadır və artıq beynəlxalq münasibətlərdə hər şeyi beynəlxalq hüququn yox, gücün diktə etdiyini müşahidə edirik. Azərbaycanın özü də BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini güc yolu ilə icra etdi və nəticədə 44 günlük Vətən müharibəsi sayəsində işğaldakı torpaqlarımızın azadlığı təmin olundu. Ölkəmiz bu gün də müdafiə və təhlüksəizlik məsələlərinə diqqəti artırmaqda, bu məsələyə xüsusi həssaslıqla yanaşmaqdadır. Bunu Prezident İlham Əliyevin müsahibə və çıxışlarında da aydın şəkildə görmək olar. Dövlət başçısı qeyd edib ki, Azərbaycan potensial rəqiblərindən bir neçə dəfə güclü olmalıdır. Bunun üçn isə müdafiə və təhlükəsizliyimizi mtəmadi şəkildə gücləndirməli, bu sahəyə daha çox vəsait yöməltməli, ordumuzun masir hərbi texnika və peşəkarlığını durmadan artırmalıyıq. Hansı ki, illərdir ki, bu proses uğurla davam etməkdədir və yaxın gələcəkdə də davam etdiriləcək.

Əminəm ki, Azərbaycan bu gedişlə nəinki regiondakı ldier mövqeyini qoruyub saxlayacaq, qlobal miqyasdakı nüfuzunu daha da artıracaq, beynəlxalq aləmdəki mövqeyini bir qədər də möhkəmləndirəcək”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər