Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisin sədr müavini Ruben Rubinyan öz "Facebook" səhifəsində Putinə yaxın olan iş adamı və milyarder Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın Türkiyənin qarşıdan gələn parlament seçkilərində Ermənistanı dəstəkləməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
"Rüsvayçı mediamızın bir hissəsi və rusiyalı iş adamının qardaşı oğlu bir daha yalançı təbiətləri ilə seçilib...Türkiyənin xarici işlər naziri Hakan Fidan seçkilərdə Paşinyanı dəstəklədiyini açıqlamayıb", -yazan Rubinyan ardınca bildirib:
"Bu, sadəcə yalandır. O, belə bir şey deməyib və deyə də bilməzdi, çünki bu, bizim daxili işimizdir..."
S.Laçın