Bizi sosial şəbəkələrdən izləyin:
Musiqimizi dünyaya tanıdan bəstəkarlarımızla yanaşı, həm də musiqişünaslarımızdır.
Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Moderator.az-a açıqlamasında bəzi musiqişünasların fəaliyyətini tənqid edib:
“Musiqişünaslarımız daha aktiv olmalıdırlar. Bu çox önəmli məsələdir. Həm də axı bu onların vəzifəsidir. Musiqimizə aid heç bir mövzudan boyun qaçırmaq olmaz! Danışmalıdırlar, müzakirələrdə iştirak etməlidirlər. Necə yəni boyun qaçırırlar? Olmaz! Bəs siz musiqiyə hansı xidmətlər göstərirsiz?! Onlar açıqlamalıdırlar. Mən bəstəkaram. Əslində bu mənim funksiyam deyil. Amma mən yenə də ağzıdolusu danışıram. Məcburam ki, onların təbliğ etmədiyini mən özüm təbliğ edim. Bizim çox yaxşı musiqişünaslarımız da var. Araşdırırlar, elmi məqalələr yazırlar, müzakirələrdə çıxış edirlər. Əfsuslar olsun ki, onların sayı çox azdır. Təəssüf ki, ziyalılar da bir-birlərini dəstəkləmir, birlik göstərmirlər. Ziyalılar öz həmkarlarının ünvanına heç bir dənə də gözəl söz demirlər. Bu hal məni çox üzür”, - deyə bəstəkar deyib.