“Bu qadağa milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir”
Ekskluziv
753
19:27, Bu gün

“Bu qadağa milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir”

Xəbər verdiyimiz kimi, sayt və sosial şəbəkədə cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətləri qadağan edilib.

Prezident İlham Əliyev bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, məlum qadağanın milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini bildirib:

“Bildiyiniz kimi, xalqımızın ən böyük sərvətlərindən biri milli-mənəvi dəyərlərdir. Əsrlər, minilliklər boyu formalaşan bu dəyərlər həm də xalqımızın milli özünəməxsusluğunu, bənzərsizliyini müəyyənləşdirir.

Milli-mənəvi dəyərlər milli kimliyimizin ayrılmaz bir hissəsidir. Məhz bu baxımdan həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev hər zaman milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərib, bu məsələyə çox böyük həssaslıqla yanaşıb.

Müasir dünyamızda qloballaşma meyillərinin güclənməsi milli-mənəvi dəyərlərin qorunmasına daha çox diqqət göstərməyi zəruri edir. Bu baxımdan cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətlərinin qadağan edilməsi yerində atılan mühüm bir addım, təqdirəlayiq bir yenilikdir. Bu, həm milli-mənəvi dəyərlərin qorunmasını, həm də cəmiyyətin dağıdıcı təsirlərdən müdafiəsini  təmin edir.

İnanıram ki, bu qanun yaxın gələcəkdə öz müsbət nəticəsini verəcək və biz cəmiyətə qarşı açıq hörmətsizliklə bağlı əməllərin nəzərəçarpacaq dərəcədə azalmasına şahid olacağıq”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər