Ekskluziv
258
15:46, Bu gün

"Rumıniya ilə birləşmə? Sandunun sözlərinə Moldovada reaksiya" - "Deutsche Welle"

 
"Xarici mesaj, yoxsa daxili yorğunluq siqnalı?.."
 
Moldova prezidenti Maya Sandu bildirib ki, əgər referenduma çıxarılsa, Rumıniya ilə birləşmənin lehinə səs verərdi.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Sandu britaniyalı podkastda verdiyi müsahibədə bunu regiondakı gərginlik və Rusiyanın təzyiqləri fonunda kiçik dövlətlərin yaşamaq çətinliyi ilə izah edib. Eyni zamanda Sandu vurğulayıb ki, hazırda Moldova cəmiyyətində bu ideyaya çoxluq dəstək vermir və rəsmi Kiyev yox, Kişinyovun əsas prioriteti seçicilərin təsdiqlədiyi yol - Avropa İttifaqına üzvlükdür.
 
Müxalifətin sərt reaksiyası
 
Sandunun açıqlaması müxalifətdə kəskin etirazla qarşılanıb. Sosialistlərin lideri və sabiq prezident Igor Dodon bu mövqeni "dövlətə xəyanət" kimi qiymətləndirib və istefa tələbi səsləndirib. Sosialistlər və Kommunistlər Prokurorluğu araşdırmaya çağıraraq Moldovanın müstəqilliyinə təhlükə" iddiasını irəli sürüblər.
 
Ekspertlərin qiymətləndirməsi və gizli mesaj
 
Təhlükəsizlik üzrə ekspert Andrey Kureraru hesab edir ki, Sandunun dediklərində yenilik yoxdur və bu mövqe illərdir səslənir. Onun fikrincə, birləşmə mövzusu tarixən mövcuddur və ictimai dəstək siyasi kontekstdən asılı olaraq dəyişsə də, adətən 30 faizdən aşağı düşmür.
 
Politoloq Vitali Andriyevski isə bu açıqlamanı real çağırışdan çox, sistemin həddən artıq yüklənməsi və komandanın "yorğunluq" siqnalı kimi şərh edir. Ekspertlər vurğulayır ki, institusional islahatlar və sabitlik üçün hazırda ən real dəstək mənbəyi Avropa İttifaqıdır və Sandunun mesajı daha çox xəbərdarlıq xarakteri daşıyır.
Link kopyalandı!
Son xəbərlər