ABŞ İrana müdaxilə edərsə, bundan ən çox itirən Rusiya olacaq...
Ekskluziv
431
17:23, Bu gün

ABŞ İrana müdaxilə edərsə, bundan ən çox itirən Rusiya olacaq...

Son vaxtlar ABŞ-ın İrana mümkün müdaxiləsi ilə bağlı səslənən bəyanatların sayı artmaqdadır. Vaşinqtondakı müxtəlif rəsmilər tərəfindən səslndirilən bu bəyanatlar Pentaqonun İrana hərbi müdaxiləsinin praktiki baxımdan an məsələsi olduğunu göstərir. Xüsusilə də, “Maduro əməliyyatı”ndan sonra İrana qarşı yeni hərbi əməliyyatların təşkili hər zamankından daha real görünür.

ABŞ belə bir əməliyyatla sadəcə ənənəvi İran problemini “həmişəlik” həll etməklə qalmayacaq. Bu, həm də ABŞ-a Rusiya qarşısında ciddi bir üstünlük qazandıracaq. Belə ki, Ağ Ev Venesuelanın ardınca İranı da Rusiya çətirindən qoparacaq ki, bu da hərbi qələbə olmaqla yanaşı, həm də mühüm strateji zəfər olacaq.

Bu mənada əminliklə demək olar ki, ABŞ İrana hərbi müdaxilə edərsə, bundan ən çox itirən Rusiya olacaq. Belə ki, İran Ukrayna müharibəsinin ilk dönmlərindən etibarən Rusiyanın silahlanmasında, dron və digər texnikalarla təchizatında mühüm rol oynayıb. Rusiya Ukraynanın dərinliklərinə ilk dəfə məhz İran istehsalı olan raketlərlə həmlə edib ki, bu da Ukrayna üçün ciddi itkilərlə nəticələnib.

Bugünlərdə Azərbaycan mətbuatında yer alan məlumatlara görə, bütövlükdə İran Rusiyaya 4 milyard dollar məbləğində silah-sursat satıb və bunun 2,7 milyard dollarını Ukraynaya qarşı müharibədə istifadə olunmaq üçün ballistik və hava hücumundan müdafiə raketləri təşkil edir. Bu rəqəmin özü İranın Rusiyanın Ukraynaya qarşı hücumlarında hansı miqyasda yer aldığını gösərir.

ABŞ-ın İrana hərbi müdaxiləsi rəsmi Tehranı Rusiyaya böyük ölçüdə hərbi dəstək göstərmək imkanından məhrum edəcək ki, bu da Ukrayna üçün yeni fürsətlər deməkdir.

Azərbaycana gəlincə, təbii ki, ölkəmiz dünyanın hər yerində sülhün və sabitliyin tərəfdarıdır və İran-ABŞ gərignliyinin də sülh yolu ilə həll ediləcəyinə ümid edir. Bundan başqa, İranda on milyonlarla azərbaycanlı yaşayır ki, mümkün hərbi əməliyyatlar zamanı onların təhlükəsizliyinin təmini bizim üçün ən vacib məsələ olacaq.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər