“Ata həyat yoldaşına demədiyi sözü qızına deyir, oğul da ilk sevdiyi qızı anasına göstərir”-psixoloqdan maraqlı AÇIQLAMALAR
Ekskluziv
786
14:30, Bu gün

“Ata həyat yoldaşına demədiyi sözü qızına deyir, oğul da ilk sevdiyi qızı anasına göstərir”-psixoloqdan maraqlı AÇIQLAMALAR

Qız övladları atalarını daha çox istəyir. Elə ataların da qız övladlarına olan sevgisi az deyil. Bəzən atalar həyat yoldaşına demədiyi sözü də qızlarına deyir. Biz dəfələrlə bunun əyani şahidi olmuşuq. Bəs görəsən övladlar niyə valideyn sevgisində ayrı-seçkiliyə yol verirlər?

Psixoloq Nigar Məmmədova Moderator.az-a açıqlamasında bildirib ki, bu sevgini yaradan elə ataların özüdür:


“Qızlar atalarına daha çox güvənirlər. Oğlanlar isə ən çox analarına arxayın olurlar, onu sevirlər. Ata həmişə qızı üçün narahat olur. Bəzən oğluna sərt sözlər deyir, oğlu onu tərs qarşılaya bilir. Bunlar hamısı olur.  Amma qızlarına qarşı sevgi göstərirlər, adi bir baxışı ilə qızlarına çox söz deyirlər. Ona görə də qızlar atalarına və gələcək həyata daha bağlı olurlar. Qızlar ilk kişi cinsini atalarından görürlər, ailə həyatı quranda da deyirlər ki, “mənim atam belə edərdi, elə edərdi”. Qızlar üçün ilk qəhrəman hər zaman ataları olub” deyə psixoloq bildirib.


Psixoloq onu da bildirib ki, bütün bu hallar övladın ata-anaya yaxud da ata-ananın övladına xoş münasibətindən qaynağlanır:


“Oğlanlarda isə əksinə, ata onlara sərt hərəkətlər edir, bəzən tərs sözlər deyə bilər. Atalar fikirləşir ki, oğlanlara qarşı nə qədər sərt olsalar onlar həyatda daha çox formalaşa bilərlər, ayaqlarını düzgün yerə basa bilərlər. Əksinə isə analar onlara daha yaxşı olurlar, övladlarının qüsurlarını gizlədirlər, onların daha çox sevdiyi bir şeyi hazırlamağı istəyirlər. Oğlanlar ilk sevdiyi qızı gəlib analarına deyirlər. Oğul-qız Allahın nemətidir, onun verdiyi varlıqlardır, onları sevmək, yerbəyer etmək, düzgün tərbiyələndirmək isə valideynlərdən aslıdır” deyə o bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər