Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Qazaxıstanla sərhəd yaxınlığında, Orenburq bölgəsində "Geran-2/Şahed" kamikaze dronları üçün yeni gizli və xüsusi sınaq poliqonu inşa edib.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, "OSINT" analitiki Kim Høvik bu barədə özünün "X" səhifəsində məlumat verib.
O, bazanın 2022 və 2025-ci illərdə çəkilmiş peyk şəkillərini dərc edib.
"Rusiya Orenburq bölgəsinin Totski rayonundakı bu sınaq poliqonunda yeni hazırlanmış Geran tipli dronları və digər dronları sınaqdan keçirir", - deyə paylaşımda bildirilir.
Şəkillərdə, paylaşım müəllifinin qeyd etdiyi kimi, dron saxlama sahəsi və rampalardakı buraxılış qurğuları göstərilir.
"TSN" kanalı isə xəbər verir ki, "OSINT" icmasının hesablamalarına görə, Rusiya bu sınaq poliqonunda yalnız seriyalı "Geran-2" modellərini deyil, həm də sonradan Ukraynaya qarşı müharibədə istifadə edilə biləcək yeni dron modifikasiyalarını və digər qabaqcıl zərbə sistemlərini sınaqdan keçirə bilər.
Mütəxəssislər qeyd edirlər ki, Rusiya ərazisinin dərinliyində, az məskunlaşmış ərazilərə və Qazaxıstanla sərhədə yaxın bir yerin seçilməsi, ehtimal ki, xarici müşahidəni minimuma endirmək, diversiya riskini azaltmaq və sınaq uçuşları üçün geniş hava məkanı təmin etmək istəyi ilə əlaqələndirilir...
S.Laçın