Bizi sosial şəbəkələrdən izləyin:
Son günlər uşaqlar arasında yoluxucu xəstəliklərin yayılması halları artmaqdadır. Xəstələnən uşaqların sayının getdikcə çoxalması valideynlər və müəllimlər arasında narahatlığı artırır. Eyni zamanda məktəblərdə şagirdlərin sıx təması virusların sürətlə yayılmasına şərait yaradır.
Belə vəziyyətdə məktəblərin müəyyən müddət bağlanması və ya onlayn təhsil sisteminə keçid gündəmə gələ bilərmi?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Moderator.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məktəblərdə tədrisin distant formaya keçirilməsi məsələsi müzakirə mövzusu deyil. Şagirdlərin davamiyyətində ciddi azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz olaraq davam edir.
Eyni zamanda, məktəblərin pedaqoji kollektivinə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə olunub.
Mehin Mehmanqızı