“Proseslər göstərir ki, quru sərhədlərin bağlanması doğru qərardır”
Ekskluziv
1945
17:09, Bu gün

“Proseslər göstərir ki, quru sərhədlərin bağlanması doğru qərardır”

“Azərbaycana yaxın olan bölgələrdə baş verən proseslər və bu proseslərin təhlili göstərir ki, quru sərhədlərimizin bağlanması doğru qərardır. Bu qərar bir sıra təhlükələrin qarşısnın alınmasında mühüm rol oynayıb”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, dünyada təhlükəsizliklə bağlı artan problemlər daim ayıq-sayıq və ehtiyatlı olmağı tələnb edir:

“Təhlükəsizlik müasir dünyamızın əsas problemlərindən biriridr. Təəssüflər olsun ki, bu problem gündən-günə daha da mürəkkəbləşir. Mövcud vəziyyət bizdən daim ayıq-sayıq olmağı, regionda və dünyada baş verən prosesləri daim diqqət mərkəzində saxlamağı, mümkün təhlükələri qabaqcadan müəyyən etməyi tələb edir. Biz son dərəcədə ehtiyatlı və diqqətli olmalı, həmrəyliyimizi qoruyub saxlamalıyı, dəyişən vəziyyətə uyğun olaraq adekvat addımlar atmağı bacarmalıyıq.

Qürurvericidir ki, Azərbaycan öz təhlükəsizliyini uğurla təmin etməkdə, mövcud təhlükələrlə yanaşı, potensial təhlükələrlə bağlı da tədbirlər görməkdədir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra təhlükəsizliklə bağlı bütün mümkün təhlüklərin qarşısını peşəkarlıqla alacaq”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər