“Vahid ulusun vahid ordusu olmalıdır”
Ekskluziv
5309
06 Jan 2026 | 18:58

“Vahid ulusun vahid ordusu olmalıdır”

Sona Əliyeva: “Təhlükələrdən xilas olmağın yeganə yolu budur”

Məlum olduğu kimi, Prezident İlham Əliyev dünən yerli telekanallara müsahibəsində türk dövlətləri ilə birgə hərbi təlimlər keçirməyin, hərbi əməkdaşlığı genişləndirməyin önəminə toxunub, bütün tərəflərin razılıq verəcəyi təqdirdə elə bu il birgə hərbi təlimlərin baş tutacağını bildirib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva türk dövlətləri arasında hərbi əməkdaşlığı genişləndirməyin türk dünyasının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:

“Hazırda yeni dünya düzəni fotmalaşdırılır və qlobal siyasi arenada kartlar yenidən bölüşdürülür. Belə bir məqamda hər kəs özünə tərəf seçməlidir. Daha doğrusu, böyük güclər digərlərini buna məcbur edirlər. Türk Dövlətləri Təşkilatı isə tərəf olmaq niyyətində deyil. TDT bunun üçün özü yeni qütb olma yolunu seçib. Söhbət Türk Dünyasının siyasi, iqtisadi və hərbi birliyinin yeni müstəviyə daşınmasından gedir. Siyasi və iqtisadi birlik demək olar ki, mövcuddur. Hərbi istiqamətdə də son illərdə xeyli işlər görülüb. Bir sözlə, TDT Turan Ordusunu qurmaqdadır. Türk xalqlarının ordusu hər hansı ittifaq deyil. Səkkiz müstəqil dövləti olan eyni xalqın, vahid ulusun vahid ordusu olmalıdır. Bundan təbii heç nə yoxdur. Qarşıdakı böyük təhlükələrdən xilas olmağın yeganə yolu budur”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər