“İnqilab uğurla başa çatarsa, Pezeşkian hakimiyyətin nüvəsində əyləşən şəxsiyyətlərdən biri ola bilər...”.
Ekskluziv
6627
06 Jan 2026 | 17:47

“İnqilab uğurla başa çatarsa, Pezeşkian hakimiyyətin nüvəsində əyləşən şəxsiyyətlərdən biri ola bilər...”.

“Bir dənə molla hakimiyyətdə qalmayacaq. Ya məscidlərə doldurub od vuracaqlar, yaxud da zindanlara basacaqlar...”
 
“Mənim fikrimcə, belə gedərsə, İsrail və Amerikanın İrana qarşı müharibə aparmasına ehtiyac qalmayacaq. Lakin ölkədə inqilab baş verir, inqilabın hərəkətverici qüvvələrinin əsas lokomotivi azərbaycanlılardır. Xalq hakimiyyəti ələ keçirəcək. Bizim qorxduğumuz şey Azərbaycana qaçqın axınıydı, indiki halda baş verəməyəcək.  Sadəcə olaraq Pezeşkian azərbaycanlıdır. Onun da taleyi mənim üçün maraqlıdır. O mənada ki, o, istefa verə bilər və hakimiyyətin bütün uğursuzluqlarını öz üzərinə götürə bilməz. “SEPAH” da, başqaları da buna çalışırlar.  Pezeşkian, əksinə, 
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli “Sizcə, əgər İranda hakimiyyət çevrilişi hansısa formada soydaşlarımızın maraqlarına uyğun olmayan formada baş tutarsa və ya daha genişmiqyaslı İsrail-Amerika müharibəsi baş verərsə, bunun Azərbaycana necə təsiri ola bilər?” sualını cavablandırarkən ifadə edib.
 
“Elə biz də onu soruşmaq istəyirdik ki, ola bilərmi, xalq dini hakimiyyətin uzaqlaşdırılmasını, amma Pezeşkianın prezident kimi yeni dünyəvi hakimiyyət quraraq iqtidarda qalmasını tələb etsin?” sualına isə politoloq belə cavab verib: 
 
“Elə olacaq. Bir dənə molla hakimiyyətdə qalmayacaq. Ya məscidlərə doldurub od vuracaqlar, yaxud da zindanlara basacaqlar...”
 
Təqdim etdi: 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər