“Zəfərimizin və suverenliyimizin daimi olması üçün bunu etməyə məcburuq”
Ekskluziv
4961
06 Jan 2026 | 14:53

“Zəfərimizin və suverenliyimizin daimi olması üçün bunu etməyə məcburuq”

“Zəfərimizin və suverenliyimizin daimi olması üçün ordumuzu mütəmadi şəkildə gücləndirməyə, Silahlı Qüvvələrimizin peşəkarlğını və təchizatını durmadan yaxşılaşdırmağa məcburuq”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan bundan sonra da bütün sahələrdə olduğu kimi hərbi müstəvidə də öz liderlik mövqeyini qoruyub saxlamalıdır:

“Azərbaycan həm iqtisadi, həm siyasi, həm də bütün digər sahələrdə Cənubi Qafqazda lider mövqeyinə sahibdir və öz üstünlüyünü durmadan artırmaqdadır.

Bu gün dövlətimiz öz hərbi qüdrətinə görə sadəcə regionda deyil, bütün dünyada ən güclü ölkələr sırasındadır. Lakin müasir dünyamızda qüvvələr balansı sürətlə dəyişdiyi üçün bizim də öz gücümüzü daim artırmağımıza, təhlükəsizliyimizi diqqət mərkəzində saxlamağımıza ciddi ehtiyac var. Ötən illə müqayisədə bu il müdafiə və təhlükəsizlik xərclərimizin 4% artırılması bu niyyətdən irəli gəlir. Bu, eyni zamanda Prezidentimizin dövlətimizin və xalqımızın təhlükəsizliyinə göstərdiyi yüksək həssasiyyət və qayğıkeşliyi göstərir.

Prezidentimizin də müsahibə və açıqlamalarından məlum olduğu kimi, Azərbaycan bundan sonra da öz ordusunu gücləndirməkdə, Silahlı Qüvvələrimizi müasir silah-sursat və hərbi texnika ilə təchiz etməkdə davam edəcək, öz şəksiz üstünlüyünü qoruyub saxlayacaqdır”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər