“Kürəkənim məsuliyyətsizlik edib” - Namiq Məna ailəsinin düşdüyü qəzadan danışdı
Ekskluziv
5037
06 Jan 2026 | 10:38

“Kürəkənim məsuliyyətsizlik edib” - Namiq Məna ailəsinin düşdüyü qəzadan danışdı

Meyxana ustası Namiq Məna 2 gün əvvəl Qubada qızının ailəsi ilə birlikdə qəzaya düşməsindən danışıb.
 
Moderator.az-a açıqlama verən sənətçi ailə üzvlərinin xəsarət almadığını bildirib:
 
“Hadisə zamanı sürücü və sərnişinlər sarsıntı keçiriblər. Şükür Allaha xəsarət alan yoxdur. Quba camaatına sonsuz təşəkkürlərimi bildirirəm ki, hadisə yerində ailə üzvlərimə operativ dəstək və kömək olublar. Sükan arxasında kürəkənim olub. Hadisənin baş vermə səbəbini sürücünün məsuliyyətsizliyi kimi dəyərləndirirəm. Bu iki gün ərzində demək olar ki, telefonum susmayıb. Diqqət göstərən, narahat olan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Allah hamımızın köməyi olsun. Yeni ilimiz hamıya düşərli olsun. İstəmərəm ki, kimsə kədərli olsun. Bayramınız mübarək”, - deyə sənətçi bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər