Bizi sosial şəbəkələrdən izləyin:
Yerli medianın verdiyi məlumata görə, Venesuelanın paytaxtı Karakasın mərkəzindəki prezident sarayının yaxınlığında silah səsləri və partlayışlar eşidilib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, məlumatlara görə, hökumət binalarının ətrafındakı ərazidə silah səsləri və partlayışlar eşidilib. Şəhər küçələrində hərbi maşınlar və silahlı personal müşahidə olunub.
Karakasda elektrik enerjisinin kəsintiləri də artıq qeydə alınıb. Hadisələrin səbəbi və mümkün itkilərlə bağlı hökumət tərəfindən rəsmi açıqlamalar hələlik verilməyib.